Gərsava — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun Kürəkçi kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Ağdağyurdu dağının ətəyindədir. Yerli əhali kəndi Gərsəvə adlandırır. 1917-ci ildə də kənd Gərsava variantında qeydə alınmışdır. Belə ehtimal edilir ki, oykonim Talış dilindəki qərs (əkin yeri) və ava ("oba" sözünun təhrif variantı) sözlərindən düzəlib, "əkin yeri yanında salınmış oba" mənasındadır. Yaşayış məntəqəsinin adının etnotoponim kimi "gorus oba" mənasında olması da ehtimal edilir.”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 278

İstinadlar

Kateqoriya:Yardımlı rayonunun kəndləri