Porsova — Azərbaycan Respublikasının Yardımlı rayonunun Porsova kənd inzibati ərazi dairəsində kənd.

Telavar, Şovut, Honuba, Honuba Şıxlar və Zeynələzir kəndləri ilə sərhəddaşdır. Hal– hazırda kəndin əhalisi 851 nəfərdən ibarətdir.

Adın kökü Gerçəkdəki Porsova adı Pirsova kəlməsinə dayanır. Böyük ehtimalla kəndin adı ərəb ya da fars mənşəylidir.

İqtisadiyyat Əhalinin çoxu heyvandarlıq və bitkiçiliklə məşğuldur.

Tarix 1886-cı ilin ailə siyahılarına əsasən Şovut ilə Porsova, Telavarın qəsəbələridir.

1970-ci illərdə, Porsova Azərbaycan SSR, Yardımlı rayonunun, Porsova kənd sovetinə daxildir. Porsova kənd sovetinin başqa kəndləri — Honuba, Honuba Şıxlar, Gügəvar, Zeynələzir, Tiləkənd.

İstinadlar

Kateqoriya:Yardımlı rayonunun kəndləri