Topalhəsənli — Azərbaycan Respublikasının Göygöl rayonunun Topalhəsənli kənd inzibati ərazi dairəsində kənd.

Tarixdə yaşamış topal Teymurun nəticəsi olan topal Həsən bu ərazidə məskunlaşmış və bununla da kəndin adı Topalhəsənli olaraq tarixə keçmişdir.

Toponimikası Gəncəçayın sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində burda yaşayanların keçmişdə binə (qışlaq) yeri olmuş indiki ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Onların yaylaqları Murovdağın şm.-ında Yeddibulaqda yerləşirdi.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1862 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax Göygöl rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Göygöl Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Göygöl rayonunun kəndləri