thumb

Bilal ibn Ribəh əl-Həbəşi (; ) — Məhəmmədin səhabəsi. İlk müəzzin.

Həyatı Bilal əslən Afrika həbəşlərindən olan Rəbbahın oğlu idi. Bilalın Fil ilindən on il ötmüş dünyaya gəldiyi bildirilir. Bilalın ata-anası qul olmuşdur.

Bilalın fitri paklığı qul olmasına baxmayaraq, onu nəzərə çarpdırırdı. Ona ehtiram göstərir, böyük işlər tapşırırdılar. Bilal məhrumluq və təhqir nəzərincə başqa qullardan fərqlənməsə də, yaxşı xüsusiyyətlərinə görə seçilirdi. Onun qəlbində müşriklərə, zalım ağalara qarşı daim qəzəb alovlanırdı. İllər ötdükcə onun əyyaş, mənfəətpərəst, zalım quldarlara nifrəti şiddətlənirdi. O öz pak ruhunu ilahiləşdirmək üçün fürsət axtarır və şəhvət, qüdrət, zər-ziba bəndələrinin əsarətindən qurtulmağa çalışırdı.

Məhəmməd peyğəmbər (s) peyğəmbərliyə seçildiyi vaxt Bilalın otuza yaxın yaşı vardı. O, Məkkəyə gedib-gəldiyindən həzrət Məhəmmədin (s) dəvəti haqqında eşitdi.

Bir gecə işlərini yerinə yetirdikdən sonra fürsət tapıb, özünü həzrət Peyğəmbərə (s) yetirdi və onun mübarək dilindən Quran ayələrini eşitdi. Bilalın gözləri sevinc yaşları ilə dolmuşdu. O uzun illərdən sonra öz axtardığını tapmışdı.

Bundan sonra ağalarının gözündən yayınıb, demək olar ki, hər gecə məxfi şəkildə Peyğəmbərin (s) görüşünə gedərdi.

Bir gün Məscidül-Həramda Kəbəni təvaf edirdi. Bütlərin yanına çatarkən onları nifrətlə süzdü və bir bütü təhqir etdi. Bu vaxt müşriklərdən biri məxfi şəkildə Bilalı izləyirdi. Həmin şəxs gördükləri haqqında Bilalın sahibi Üməyyə ibn Xələfə xəbər verdi.

Üməyyə, İslamın və Peyğəmbərin (s) qatı düşmənlərindən olan bu şəxs heç cür inana bilmirdi ki, onun qullarından biri müsəlman olub. O çox qəzəbləndi və dedi: "Ona bir divan tutaram ki, bir daha kimsə müsəlman olmaq fikrinə düşməz."

Bilal işgəncələrə dözməyə hazır idi. Üməyyənin onunla söhbətləri Bilalı qane etmədi və Bilal Peyğəmbərdən, Peyğəmbərin dinindən uzaqlaşmadı. Ona görə də Üməyyə Bilalla sərt rəftar etmək qərarına gəldi.

Başqalarının gözünün odunu almaq, onları qorxutmaq üçün şirk başçıları onlara itaət etməyənlərə cəmiyyətin gözü qarşısında işgəncə verərdilər. İşgəncə mərasimləri onlar üçün həm də bir əyləncə idi.

Üməyyənin gözlədiyinin əksinə olaraq, Bilala işgəncə verilməsi nəinki İslama meyli azaltmadı, əksinə müsəlmanların müqavimət və möhkəmliyini bir qədər də artırdı. Bilalın ağır işgəncələrə mətanətlə dözməsi bir çoxlarını İslama sövq etdi. Bilal müsəlmanlığını ilkin olaraq açıqlayan yeddi nəfərdən biri idi.

Üməyyə tələb edirdi ki, Bilal Məhəmmədin (s) dinindən üz döndərsin, yoxsa onu bu haldaca öldürəsidir. Bilal Üməyyənin təklifinə belə cavab verdi: "Ey Üməyyə! Əvvəl dediyim kimi, Məhəmmədin (s) peyğəmbərliyinə imanım sadəcə bir həvəs deyil ki, gah ona bağlanım, gah da ondan uzaqlaşım. Məni əzablamı qorxudursan?! Əmin ol ki, ən ağır işgəncələrin altında da məndən Allah və Onun rəsuluna şəhadətdən başqa bir söz eşitməyəcəksən!"

Qızdırılmış daşlar Bilalın bədəninə yapışdırılırdı. Bu daşlar onun dərisini yandırıb, parça-parça qoparırdı. Bu səhnəni seyr edənlərin çoxu dözməyib, üzünü yana çevirir, gözlərini yumurdular. Amma Əbu-Cəhl, Üməyyə və onlar kimi digər İslam düşmənləri Bilalın əzab-əziyyətindən ləzzət alır, şadlanırdılar.

Bilal öz iman qüvvəsi və dəmir iradəsi ilə misilsiz dözüm göstərirdi. Üməyyə elə düşünürdü ki, Bilal bir daha Peyğəmbərə (s) yaxın gedəsi deyil. Amma ona yaxınlaşdıqda zəif, üzülən bir səslə "əhəd, əhəd" pıçıldadığını eşitdi. Bilal Allahın birliyinə şəhadət verirdi. Üməyyə bu vəziyyəti görüb daha da qəzəbləndi və təkrar işgəncəyə başladı.

Onu yaraları sağalanadək işgəncə məqsədilə azad etdilər.

Həmin günün səhəri Bilalı iplə sarıyıb bir neçə nəfər var qüvvələri ilə qaçaraq, Bilalı arxalarınca sürüməyə başladılar. Bununla belə, o, müqəddəs tövhid şüarını, "əhəd-əhəd" kəlmələrini təkrarlayırdı.

Bəziləri Bilalı sevdiklərindən ona məsləhət görürdülər ki, təqiyyə etsin, yəni əqidəsini gizlətsin. Amma Allaha və Onun rəsuluna eşq bu yolda işgəncələri də Bilala sevdirmişdi.

Bir çox tanınmış şairlər Bilalın işgəncə səhnəsini nəzmə çəkmiş, öz əsərlərində onu yad etmişlər. Bu şerlərdən birində deyilir:

Bilalın azadlığı Xalqla daim həmdərd olan həzrət Peyğəmbər (s) öz müsəlman tərəfdarlarının əzab-əziyyətinə hamıdan çox narahat olurdu. O, işgəncə altında olan müsəlmanlar haqqında daim düşünər, onlardan xəbər tutar və onları səbrə dəvət edərdi. Eləcə də həzrət (s) din yolunda fədakarlıq göstərib, çətinliyə düçar olanları behiştlə müjdələyərdi.

Bilalın işgəncələri nəhayət həddə çatmışdı. Onun bədəni zəifləmiş, şəhadət ehtimalı çoxalmışdı. Həzrət Peyğəmbər (s) təklif etdi ki, Bilalı işgəncələrdən qurtarmaq üçün onu ağasından pulla alıb, Allah yolunda azad etmək lazımdır.

Üməyyə ibn Xələf də Bilalın müqavimətindən cana doymuşdu. Artıq Bilaldan qul kimi istifadə etmək də mümkünsüz olmuşdu. Onu öldürmək isə Üməyyəni alçalda bilərdi. Ona görə də Üməyyə həzrət Peyğəmbərin (s) təklifi ilə razılaşdı. Beləcə, Bilalın adı qullar siyahısından silindi.

Bilal sağaldıqdan sonra ciddi dini fəaliyyətlərə başladı və Allahın dini yolunda misilsiz fədakarlıqlar göstərdi. O ən çətin və təhlükəli anlarda öz həbibi həzrət Məhəmmədin (s) yanında olardı. Bilal "Şibe-Əbu-Talib" mühasirəsi dövründə də müsəlmanlarla oldu. Bilalın iman və səbri ona misilsiz əzəmət bəxş etmişdi. O, Mədinəyə hicrət dövrünədək öz şirin bəyanı ilə İslamı təbliğ edib, yayırdı.

Mədinəyə hicrət Bilal, Peyğəmbərin (s) hicrətindən qabaq Yəsribə köçmüş müsəlmanlardan idi. Həzrət Məhəmmədə (s) qəlbən aşiq olan bu insan ondan ayrılığa dözə bilmir, şiddətli qızdırmalı olmasına baxmayaraq, günlərlə Məkkə yolunda oturub, günəş altında həzrət Peyğəmbərin (s) yolunu gözləyir. Nəhayət, intizar dövrü başa çatır, həzrət (s) Mədinəyə daxil olarkən onu görmədən İslamı qəbul edənlərlə birgə Bilal da böyük sevinclə Allah rəsulunu (s) qarşılayır.

Müsəlmanlar arasında bağlılığı gücləndirmək üçün qardaşlıq əqdləri (siğələri) oxundu. Bilal da Übeydə ibn Haris ibn Əbdül-Mütəlliblə qardaş oldu.

İlk müəzzin Mədinəyə hicrətin ilk günlərində xalqı camaat namazından və zəruri yığıncaqlardan xəbərdar etmək üçün bir vasitəyə ehtiyac yaranmışdı. Ona görə də Allah-təala Öz peyğəmbərinə (s) azan verilməsi göstərişini nazil etdi. Peyğəmbər (s) Əliyə tapşırdı ki, Bilala azan öyrətsin. Beləcə Bilal İslamda ilk azançı, müəzzin olmaq iftixarını qazandı. Bilal qara həbəş və azad edilmiş qul olsa da, Peyğəmbərin (s) azançısı və Allah dininin rəsmi sözçüsü, xəbərçisi seçildi. Bu seçimin əsasını Bilalın təqvası, məsuliyyətli olması və Allahla yaxınlığı təşkil edirdi. Həmin vaxt Bilaldan daha gözəl səsi olanlar az deyildi. Amma Bilalın paklığı, imanı və xalisliyi onu belə bir məqama ucaltdı.

Bilal daim həzrət Peyğəmbərin (s) yanında olardı. Bütün səfərlərdə, müharibələrdə onu müşayiət edər, namaz vaxtı azan verərdi. Bilalın təkbir nidası ucalan kimi bütün allahpərəstlər məscidə axışar, cəm halda peyğəmbərə (s) iqtida edərdilər.

Bilal vaxtı dəqiq müəyyənləşdirməyi bacaran bir azançı idi. Peyğəmbər (s) buyurmuşdur: "Oruclarınızı Bilalın azanı ilə başlayıb, sona çatdırın, o, çox dəqiqdir." Həzrət Peyğəmbər (s) Bilala deyərdi: "Ey Bilal, azanınla könlümüzə sevinc bəxş et, azan de ki, namaza duraq."

Bilalın ailə qurması Bilal qardaşı ilə Yəmənə səfər zamanı evlənmək qərarına gəldi. O, elçilik zamanı özünü belə təqdim etdi: "Mən Bilalam, bu isə mənim qardaşımdır. Hər ikimiz həbəş qulları olmuşuq. Yolumuzu azmışdıq, Allah bizi hidayət etdi. Qul idik, Allah bizi azadlığa çıxardı. Qızlarınızı bizə versəniz, Allaha həmd olsun. Əgər verməsəniz, Allah böyükdür."

Qız adamları qəti cavab verməzdən əvvəl Peyğəmbərdən (s) bu işə münasibətini soruşdular. Həzrət (s) üç dəfə Bilal deyərək buyurdu: "Ondan yaxşı kimi istəyirsiniz?! Bilal Behişt əhlindən olan insandır…"

Bilalın evlənmə üsulu və həzrət Peyğəmbərin (s) məsləhətləri islami evlənmə üçün olduqca gözəl nümunədir. Bu əhvalat izdivac zamanı islami meyarları çox aşkar şəkildə bəyan edir.

Bilal döyüş meydanlarında Bilalın müxtəlif sahələrdə, eləcə də, cihad meydanlarında iştirakı onun İslamı hərtərəfli tanıyıb, dəqiq əməl etməsinin göstəricisidir. Bilalın işi təkcə namaz və azan deyildi. O, savaş qəhrəmanı, əsil hərb adamı idi. Bilal, demək olar ki, bütün döyüşlərdə iştirak etmişdir. İslamın qələbəsi və müşriklərin məğlubiyyəti ilə nəticələnən Bədr döyüşündə əsirlər arasında Üməyyə və oğlu da vardı. Bilal İslamın qədim düşməni olan Üməyyəni görüb, ənsari haraylayaraq dedi: "Bu Üməyyədir, küfrün rəisidir. And olsun Allaha, səni nicat tapmağa qoysam, özüm nicat tapmaram!"

Üməyyəni tanıyan, onun Məkkədə müsəlmanlara verdiyi işgəncədən xəbərdar olan ənsar Bilalın səsini eşidib, onun köməyinə tələsdi. Beləcə Üməyyə və onun oğlunun həyatına son qoyuldu. Bəli, küfr və zülm başçısı Üməyyə qara qulun əli ilə gözlərini dünyaya qapadı. Bilal iştirak etdiyi digər müharibələrdə həzrət Peyğəmbərin (s) göstərişi ilə nəticələn-miş Ühüd döyüşündə Bilal orduya həzrət Peyğəmbərin (s) düşməni təqib etmək göstəri-şini elan etdi. Bəni-qərizə yəhudiləri ilə döyüşdə də savaş elanını Bilal öz öhdəsinə götürdü. Bilalın digər sahələrdə də fəaliyyətləri, xüsusi ilə insanları azan deməklə ibadətə səsləməsi onun pak və uca ruhundan danışırdı. Həzrət Peyğəmbər (s) Bilalı qəlbən sevməsinə baxmayaraq, ona səhvlərini də xatırladardı. Xeybər döyüşündə Bilal Həyy ibn Əxtəbin qızı Səfiyyəni əsir götürüb, onu yaxınlarının cəsədləri arasından keçirib gətirdiyi üçün qadın üzünü cırmış, başına torpaq tökmüşdü. Səfiyyənin üzücü iztirabını görən Peyğəmbər (s) Bilala buyurdu: "Qəlbinin mərhəmətini itirmisənmi ki, əsir qadını cəsədlərin arasından keçirib gətirirsən?!" Bu, Bilalın məzəmmət olunduğu yeganə hal idi. Uyğun hadisə əslində hamı üçün yetərli bir ibrət dərsi idi. Hətta müharibə meydanlarında əsirlərə qarşı insani davranış zəruridir.

Peyğəmbərin (s) xəzinədarı Müsəlmanların beytül-malını, büdcəsini öhdəyə götürmək və xətaya yol verməmək, ondan sui-istifadə etməmək insanın maddi cəhətdən təqvasının, vəfadarlıq və allahpərəstliyinin dəlilidir. Bilal Mədinədə həm də peyğəmbərin xəzinədarı idi. Peyğəmbərin (s) ixtiyarına verilən malların xümsü, döyüş qənimətləri və digər pullar Bilala tapşırılırdı. Həzrət (s) ona müraciət edən fəqir və ehtiyaclıları Bilala tapşırırdı ki, onlar üçün yemək və geyim tədarük etsin. Bilal heç vaxt möhtacları rədd etmirdi. Hətta xəzinədə pul olmadıqda başqalarından borc olıb, fəqirləri yola salırdı. Bilal heç vaxt bir fəqirə "yox" deməmişdi. Bilal Peyğəmbərin göstərişinə əməl edərək, heç vaxt sərvət toplamırdı. İmkan düşdükcə xalqın ehtiyaclarını aradan qaldırırdı. Bir dəfə peyğəmbər Bilalın yanına gəldiyi vaxt orada bir xurma kisəsi görür və soruşur: "Bu nədir?" Bilal cavab verir: "Bunu sizin üçün və sizin qonaqlarınız üçün saxlamışam." Həzrət (s) buyurur: "Qorxmursanmı ki, bunlar alov şölələrinə çevrilə? Onları Allah yolunda infaq et və qorxma. Allah-təala az bir şeyə bərəkət verib artırar və böyük mükafat verər."

Peyğəmbərin (s) evi üçün bazarlıq Bilala tapşırıldığından o tez-tez həzrətin evinə gedib-gələrdi. Bilalın Peyğəmbərin qızı həzrət Zəhraya (s) (Fatimə (s)) xüsusi ehtiramı vardı. Bir dəfə Peyğəmbər (s) və namaza toplaşmış müsəlmanlar Bilalın azanı intizarında olduqları vaxt Bilal yubanır. Bilal məscidə daxil olduqda həzrət (s) ondan yubanmasının səbəbini soruşur. Bilal cavab verir: "Fatimənin (s) evinə getmişdim. O, buğda üyüdür, Həsən isə ağlayırdı. Dedim ki, ey Peyğəmbər qızı, icazə ver, ya buğdanı üyüdüm, ya da Həsəni saxlayım. Zəhra (s) buyurdu ki, övladımı saxlamaq üçün mən daha münasibəm. O, Həsəni götürdü, mən isə buğda üyütməyə məşğul oldum. Bu səbəbdən də yubandım." Həzrət Peyğəmbər (s) buyurdu: "Sən onunla mehribanlıq etdin, Allah da sənə mehriban olsun."

Məkkənin fəthi Müsəlmanlar Peyğəmbərin (s) göstərişi ilə Məkkənin, bu tövhid mərkəzinin şirk və bütpərəstlikdən təmizlənməsi üçün səfərbər olurdular. Minlərlə silahlı müsəlman Mədinədən Məkkəyədək olan yolu bir neçə gündə qət etdilər.