Qəbizdərə — Azərbaycan Respublikasının Zaqatala rayonunun Mazıx kənd inzibati ərazi dairəsində kənd.

Qəbizdərə kəndi Mazıx kəndinin şimalında, Böyük Qafqaz dağlarının cənub ətəyində, Katexçayın sağ sahilində yerləşir.

Coğrafiyası və iqlimi Ərazidə 15 metr hündürlükdən tökülən Respublikanın ən bol sulu şəlaləsi vardır.

Əhalisi Zaqatala şəhərindən 15 km aralıda yerləşən kənddə 49 ev vardır və burada 250 nəfərə əhali yaşayır, onların 98%-ni avarlar təşkil edir.SİLESER (Summer Institute of Linguistics Electronic Survey Reports 2005) İnternational: The Sociolinguistic Situation of the Avar in Azerbaijan

Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.

İstinadlar

Kateqoriya:Zaqatala rayonunun kəndləri