Lüləsaz (əvvəlki adı: Akop Kamari, daha əvvəlki adı: Lüləsaz) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çardaqlı kənd inzibati ərazi dairəsində kənd.
Tarix Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 25 avqust 1965-ci il tarixli Fərmanı ilə Lüləsaz kəndinə Akop Kamari adı verilməsi haqqında o vaxtlarda mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayəti vilayət Soveti icraiyyə komitəsinin qərarının təsdiq edilməsi qərara alınmışdı.
Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Akop Kamari kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Akop Kamari kəndi Lüləsaz kəndi adlandırılmışdır.
1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Lüləsaz kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qaytarılmışdır.
5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Ağdərə rayonunun kəndləri