Yuxarı Xocamsaqlı, Yuxarı Xocamusaxlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Yuxarı Xocamsaqlı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub.
Toponimikası Yuxarı Xocamsaqlı kəndi dağətəyi ərazidədir. XIX əsrdə Qubadlı rayonunun Dondarlı kənd icmasmda Xocamusaxlı adlı iki yaşayış məntəqəsi vardı. Onları bir-birindən fərqləndirmək üçün biri Qalacıq Xocamu- saxlı (Qalacıq yaxınlığındakı Xocamusaxlı), digəri Məzitti Xocamusaxlı (Məzitti ye-rindəki Xocamusaxlı) adlanırdı. Sonralar Məzitti Xocamusaxlı Yuxarı Xocamusaxlı, Qalacıq Xocamusaxlı isə Aşağı Xocamusaxlı adlandırıldı. Xocamusaxlı qədimdən Zəngəzur qəzasında yaşamış xacəəbıtishaqlı tayfasının tələffiizdə dəyişdirilmiş formasıdır. Xocəəbuishaqlıların keçmişdə Qalacıq, Dəstəgird, Məzitli adlı qışlaqları tədricən müstəqil yaşayış məntəqələrinə çevrilmişdi.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Həmçinin bax Qubadlı rayonu
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti
Kateqoriya:Qubadlı rayonunun kəndləri Kateqoriya:Əhalisi olmayan yaşayış məntəqələri