Hacalıkənd, Hacılıkənd — Azərbaycan Respublikasının Göyçay rayonunun Qarabaqqal kənd inzibati ərazi dairəsində kənd. Rayon mərkəzindən cənub–şərqdə, Göyçay–Qaraməryəm şose yolu kənarında, Yuxarı Şirvan kanalının sol sahilində, Şirvan düzündə yerləşir.

Tarixi

Toponimikası Hacılıkənd oyk., mür. Şirvan düzündədir. Tədqiqatçılara görə, oykonim XVI əsrdə Şirvanda məskunlaşmış qızılbaşların zülqədər tayfasına mənsub hacılar tirəsinin adını əks etdirir. Hacalıkənd variantında da qeydə alınmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427 Bəzi tədqiqatçılara görə, Hacalıkənd yaşayış məntəqəsini hacalı nəslinə mənsub olan ailələr burada məskən saldıqlarına görə kənd belə adlandırılmışdır. Belə fikir də var ki, Hacıalı kənd toponimi XVI əsrdə Şirvanda məskunlaşmış qızılbaşların zülqədər tayfasından olan hacılar tirəsinin adını özündə əks etdirir. Toponimi vaxtilə Şərqi Anadoluda yaşayan və Qaraqoyunlu dövlətinin siyasi həyatında yaxından iştirak edən türkdilli hacılılar tayfasının adı ilə əlaqələndirənlər də vardır.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1142 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Məşğuliyyəti Əhalisi əsasən taxılçılıq, heyvandarlıq, pambıqçılıq, meyvəçilik, üzümçülük, baramaçılıqla məşğul olur.

Şəxslər Aslan Əliyev — İkinci Qarabağ müharibəsi şəhidi.

Həmçinin bax Göyçay rayonu Məlikkənd (Göyçay) Potu Qarabaqqal

Xarici keçidlər Azərbaycan Respublikası Göyçay Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Göyçay rayonunun kəndləri