Mirzəhüseyinli — Azərbaycan Respublikasının Göyçay rayonunun İkinci Ərəbcəbirli kənd inzibati ərazi dairəsində kənd.

Tarixi 15 aprel 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti Birinci Ərəbcəbirli, İkinci Ərəbcəbirli və Mirzəhüseynli kəndləri Şəhadət kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, İkinci Ərəbcəbirli kəndi mərkəz olmaqla, İkinci Ərəbcəbirli kənd inzibati ərazi dairəsi yaradılsın.

Toponimikası Dağətəyi ərazidədir. Yaşayış məntəqəsini vaxtilə Mirzə Hüseyn adlı şəxs saldığına görə onun adı ilə adlandırılmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Coğrafiyası və iqlimi Kənd Göyçayın Ağdaşla sərhədində yerləşir.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 820 nəfər əhali yaşayır. Hal hazırda əhalisinin sayı 800 nəfərdir.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax Göyçay rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Göyçay Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Göyçay rayonunun kəndləri