Ağbulaq (əvvəlki adı: Gecəzur) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh. 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Gömür kənd inzibati ərazi dairəsi tərkibindəki Gecəzur kəndi Ağbulaq kəndi adlandırılmışdır.

Tarixi

Əhalisi İvan İvanoviç Şopenin rəhbərliyi 1829-cu ilin aprel ayında başladılmış və 1832-ci ilin may ayında sona çatdırılmış əhalinin kameral siyahıyaalınmasının yekunlarına əsasən Erməni vilayətinin Naxçıvan əyalətinin Naxçıvan mahalında yerləşən Gecəzur kəndində 13 evdə 30 nəfəri kişilər 24 nəfəri isə qadınlar olmaqla 54 nəfər erməni (10 fevral 1828-ci ildə bağlanılmış Türkmənçay müqaviləsinin XV bəndinə əsasən 16 mart 1828-ci ildə Qacar dövlətindən köçürülmüşdülər) yaşayırdı.Шопен Иван Иванович. "памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. " Санкт-Петербург, Издательство: Типография Императорской Академии Наук, 1852 г. Оглавление: Часть III, Отделение III. Народонаселение, Глава шестая. Народонаселение, 2. Число народонаселение в настоящее время, Таблица народонаселения Армянской области, стр. 607-610 Əhalisi 536 nəfərdir (2009).

İstinadlar

Xarici keçidlər Ağbulaq (Naxçıvan Televiziyası) Teleetüd-Ağbulaq kəndi

Kateqoriya:Şahbuz rayonunun kəndləri