Maxaon kəpənəyi () — əsl yelkənqanadlılar cinsinə aid heyvan növü.

Erkəklərinin qanadlarının uzunluğu, 64–81 mm, dişilərinin isə 74–95 mm olur. Qanadlarının fonunun rəngi əsasən intensiv sarı olur. Enli qara haşiyəyə və kənarları ayşəkilli sarı ləkələrə malik ön qanadlarında damarcıqlı qara xallar olur. Arxa qanadlarında uzunluğu 10 mm-ə qədər olan "quyruqlar" olur. Arxa qanadlar qanadın kənarında qara rənglə haşiyəyə alınmış göy və sarı xallara, qırmızı-qonur gözcüklərə malikdir.

Yayılması Holarktika vilayətində geniş yayılmışdır. Avropanın hər yerində (İrlandiya istisna olmaqla), Şimal Buzlu Okeandan başlayaraq Qara dəniz sahillərinə qədər və Qafqazda yayılmışdır. Asiyada, Şimali Afrikada və Cənubi Amerikada rast gəlinir. Avropada dəniz səviyyəsindən 2000 m-ə qədər, Asiyada isə 4500 m-ə qədər yüksəkliklərdə rast gəlinir (Tibet).

Qidalanması Bu yelkənciyin əsas qidasını müxtəlif çətirçiçəkli bitkilər, xüsusən baldırğan (Heracleum), kök (Daucus), şüyüd (Anethum), tütəktu (Angelica), cacıx (Chaerophyllum), kərəvüz (Apium), yalançı cirə (Pimpinella), qazayağı (Falcaria), mürəkkəbçiçəklilərdən isə yovşan (Artemisia) təşkil edir.

Qorunma tədbirləri Ukraynanın, Rusiyada Moskva (3-cü kateqoriya), Smolensk (2-ci kateqoriya), Volqoqrad vilayətlərinin (3-cü kateqoriya) və Almaniyanın (4-cü kateqoriya) Qırmızı Kitablarına salınmışdır.

Qalereya

İstinadlar

Kateqoriya:Əsl yelkənqanadlılar Kateqoriya:1758-ci ildə təsvir edilən kəpənəklər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Avrasiya həşəratları Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:Estoniyanın dövlət rəmzləri