Axtaxana — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Ağdaş kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Kənd XVI əsrdə Azərbaycanın şimalında yaşamış türkdilli "padar" tayfasının bir qolu olan "axtaçı" tayfa adındandır. Kəndin ilk adı Axtacıxana olmuşdur. Sonradan "çı" şəkilçisi düşmüşdür. "Xana" isə ev məkan bildirir.Akademik Budaq Budaqovun Şəxsi Web Portalı -Azərbaycanın Lənkəran regionu Toponimlərinin İzahlı Lüğəti Kitabı
Toponimikası Göytəpə çayının sahilində, Burovar silsiləsinin ətəyindədir. Oykonim axta və xana sözlərindən düzəlib, "heyvanların axtalandığı yer; at saxlanan yer" deməkdir. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsi vaxtilə Göytəpə çayı boyunca keçən köç yolunda yerləşən axtaxanada salındığı üçün belə adlandırılmışdır. Ermənistan və Özbəkistan toponimiyasında da Axtaxana oykonimləri qeydə alınmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 220 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax Cəlilabad rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Cəlilabad rayonunun kəndləri