Soyuqbulaq (əvvəlki adı: Kövüzbulaq (2015)) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Ağdaş kənd inzibati ərazi dairəsində kənd.
Tarixi 29 may 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Ağdaş kənd inzibati ərazi dairəsi tərkibindəki Kövüzbulaq kəndi Soyuqbulaq kəndi adlandırılmışdır. Kənddə Cürülü, Tahirbəy, Mirəlibəy, Alışlı və s. tayfalarından olan insanlar məskunlaşmışdır.http://aztarix.fo.ru/blog/153182_Общие/424720_Muğan_tarixi
Toponimikası Soyuqbulaq kəndi düzənlik ərazidədir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1000 nəfərdən çox əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax Cəlilabad rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Cəlilabad rayonunun kəndləri