Şötüklü — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Boyxanlı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Toponimikası Burovar silsiləsinin ətəyindadir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqasini pirəmbəl tayfasından olan Şötükxan Göyçə oğlu adlı bir nəfərə məxsus ailələr saldığına görə bələ adlanmışdır. Azərbaycan dilinin dialektlarində şötük/şötix "dəvənin belinə bağlanan enli ip, örkən" mənasında işlənir. Oykonim Şotuqlu variantında da qeyda alınmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 350 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax Cəlilabad rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Cəlilabad rayonunun kəndləri