Böyük dayaq tammetrajlı bədii filmi rejissor Həbib İsmayılovMilli kino tariximizdən: “Böyük dayaq”: [rejissor Həbib İsmayılovun eyniadlı bədii filmi haqqında] //Üç nöqtə .-2012.- 20 iyul.- S.13. tərəfindən 1962-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Burada kənd təsərrüfatında gedən dəyişikliklərdən, müasir kəndimizin adamlarından, rəhbərlikdə demokratik üsulların bərpası uğrunda aparılan mübarizədən söhbət açılır. Əsas rolları Ələsgər Ələkbərov, Tamilla Rüstəmova, Həsən Məmmədov, Leyla Rzayeva, Zemfira Əliyeva, Nəsibə Zeynalova, Məmmədrza Şeyxzamanov və Hacımurad Yegizarov ifa edirlər.

Məzmun Əsərdə olduğu kimi, kinoromanda da ciddi siyasi, əxlaqi və tərbiyəvi problemlər qaldırılmışdır. Burada kənd təsərrüfatında gedən dəyişikliklərdən, müasir kəndimizin adamlarından, rəhbərlikdə demokratik üsulların bərpası uğrunda aparılan mübarizədən söhbət açılır.Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 51-52

Sosial dramın əsas qayəsi : yalnız xalqa, kollektivə arxalanan rəhbər işçilər qarşılarına qoyduqları məqsədə çata bilərlər.

Film haqqında Film aktyor Həsən Məmmədovun kinoda ilk işidir. Film Mirzə İbrahimovun eyniadlı romanının motivləri əsasında çəkilmişdir. Filmdə səslənən Pərişanın mahnısı Xalq artisti Flora Kərimova-ya məxsusdur.

Rollarda Ələsgər Ələkbərov — Rüstəm kişi Tamilla Rüstəmova (Tamilla Rüstəmova-Krastınş kimi) — Maya Həsən Məmmədov — Qaraş Leyla Rzayeva — Səkinə Zemfira Əliyeva — Pərşan Nəsibə Zeynalova — Telli Məmmədrza Şeyxzamanov — Şərəfoğlu Hacı Murad Yagizarov — Şirzad Böyükağa Kazımov — Nəcəf Ağa Məmmədov — Kələntər Firudin Mehdiyev — Salman İbrahim İsfahanlı — Yarməmməd Qədirağa Əzimov — Lal Hüseyn Elmira Yadigarova — Naznaz Rafiq Tağıyev — Çoban Kərəm İsmayıl Dağıstanlı — Kərəmoğlu M. Ələkbərova — Zeynəb Əli Qurbanov — Çoban baba Filmi səsləndirənlər:

Hökümə Qurbanova — Maya (Tamilla Rüstəmova) (titrlərdə yoxdur)

Hüseynağa Sadıqov — Nəcəf (Böyükağa Kazımov) (titrlərdə yoxdur)

Ağasadıq Gəraybəyli — Kələntər (Ağa Məmmədov) (titrlərdə yoxdur)

Yusif Vəliyev — Yarməmməd (İbrahim İsfahanlı) (titrlərdə yoxdur)

Məlik Dadaşov — Lal Hüseyn (Qədirağa Əzimov) (titrlərdə yoxdur)

Sofa Bəsirzadə — Naznaz (Elmira Yadigarova) (titrlərdə yoxdur)

Əfrasiyab Məmmədov — Çoban Kərəm (Rafiq Tağıyev) (titrlərdə yoxdur)

Abbas Rzayev - Çoban baba (Əli Qurbanov) (titrlərdə yoxdur)

Sadıq Hüseynov - Kəndli (titrlərdə yoxdur)

İstinadlar

Mənbə Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 16; 154. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 94; 139. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814. Nadir Bədəlov. "Bizim kino". Həbib İsmayılovun "Böyük dayaq" filmi haqqında. 20.02.2016

Xarici keçidlər Filmi izlə Filmin musiqiləri (video) Filmin musiqiləri (audio)

Kateqoriya:1962-ci ilin filmləri Kateqoriya:1962-ci ilin Azərbaycan filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:SSRİ-nin dram filmləri Kateqoriya:Azərbaycanca filmlər