Çaykənarı (əvvəlki adları: Dəlləkkənd; Alekseyevka) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Çaykənarı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Xaçmaz rayonunun Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çaykənarı kəndi adlandırılmış, Alekseyevka kənd inzibati ərazi dairəsi Çaykənarı kənd inzibati ərazi dairəsi hesab edilmişdir.

Qusarçayın sağ sahilindən bir qədər aralı, Samur–Dəvəçi ovalığındadır.

Tarixi

Toponimikası XIX əsrdə ruslar və ukraynalıların burada məskunlaşmasına qədər kəndin adı Dəlləkkənd olmuşdur. Kəndə köçürülən slavyan (əsasən ukrayın, həmçinin rus) əhalinin əsası Ukraynanın indiki Xarkov vilayətinin Boqoduxovskiy rayonunun Şarovka kəndinin sakinlərindən ibarət idi. Beləliklə, Alekseyevka kəndi (digər kənd koloniyalarından fərqli olaraq) Azərbaycanda əsası qoyulmuş ukrayın kəndi olmuşdu.

1933-cü ildə Azərbaycanda Alekseyevka adlı digər iki kənd Qazax və Lənkəran rayonlarında qeydə alınmışdır.

Əhalinin sayı Əhalisinin sayı 2000 nəfərdən çoxdur.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı — 2010.

Həmçinin bax Xaçmaz rayonu Alıcqışlaq

İstinadlar

Kateqoriya:Xaçmaz rayonunun kəndləri