Xanlıqoba — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Çarxı kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Xanlıqoba kəndi Samur–Dəvəçi ovalığındadır. Yaşayış məntəqəsi XIX əsrin ortalarında Quba rayonunun Qrız kəndindən ayrılmış ailələrin Xanlıq adlı ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Həmin ərazi isə vaxtilə Quba xanlarına məxsus mulk yeri olmuşdur. Oykonim xanlıq və oba komponentlərindən düzəlib, "xanlara məxsus oba yeri" deməkdir.

İstinadlar

Kateqoriya:Xaçmaz rayonunun kəndləri