Arpaçay (əvvəlki adı: Sovetabad) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd.Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh. 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dərvişlər kənd inzibati ərazi dairəsi tərkibindəki Sovetabad kəndi Arpaçay kəndi adlandırılmışdır.
Toponimiası və tarixi Arpaçayının sahilində şərur düzündədir. Əvvəlki adı Sovetabad olmuşdur. Oykonim sovet hakimiyyəti illərində "sovet kəndi" mənasinda yaranmışdır. Kəndin adı eyniadlı çayın adı ilə bağlıdır. SSRİ dövründə Babəki, Çərçiboğan, Arbatan, Dərvişlər, Keştaz və Qara Həsənəli kəndləri ilə birlikdə "SSRİ-nin 50 illiyi" adına kolxozda birləşmişdirMəmməd Oruc. Araz sahilində keçən gün... Yurdun ulu daşları. Bakı: Gənclik, 1988, səh.72. .
İnfrastruktur 1982-ci ildə kəndə qaz və su kəməri çəkilibMəmməd Oruc. "Araz sahilində keçən gün..." "Yurdun ulu daşları" kitabı, Bakı, "Gənclik", 1988, səh. 82. .
2017-ci il fevralın 1-də Arpaçay Kənd Mərkəzinin açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, yaradılan şəraitlə tanış olub. Binada rabitə evi, polis sahə, feldşer-mama və baytarlıq məntəqələri, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, kitabxana və iclas zalı vardır.
Baytarlıq məntəqəsi xidmətin təşkili üçün lazımi şəraitlə təmin olunub. Rabitə evində 384 yerlik ATS qurulub, poçt bölməsi yaradılıb, 2100 metr fiber-optik xətt çəkilərək kənddə sürətli internetə çıxış imkanı yaradılıb. Kitabxanada isə 4595 ədəbiyyat oxucuların istifadəsinə verilib. Feldşer-mama məntəqəsi üçün 4 otaq ayrılıb və müasir tibbi avadanlıqlar qoyulub.
Əhalisi Əhalisi 576 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Şərur rayonunun kəndləri