Oğlanqala (əvvəlki adı: Ulya Noraşen) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının İliç rayonunun Ulya Noraşen kəndi Oğlanqala kəndi və müvafiq olaraq Ulya Noraşen kənd Soveti Oğlanqala kənd Soveti adlandırılmışdır.
Tarixi
Coğrafi mövqeyi Rayon mərkəzindən 8 kilometr şimalda, Arpaçayın sahilində, düzənlikdədir. Yaxınlığında mərmər yatağı yerləşir.
Əhalisi Əhalisi 2915 nəfərdir.(2009 - cu il)Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhali taxılçılıq və heyvandarlıqla məşğuldur.
Tarixi və mədəniyyət abidələri Memarlıq abidələrindən qala divarları, üç bürc var. Kənd yaxınlıqda yerləşən eyniadlı qədim yaşayış məntəqəsinin adını daşıyır.
İstinadlar
Xarici keçidlər Naxçıvan Muxtar Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin Qərarı
Həmçinin bax
Kateqoriya:Şərur rayonunun kəndləri