() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü. Cinsin yeganə nümayəndəsidir.

Avrasiya və Şimali Amerikanın şimal hissəsində yaşayır. Şimal maralı ot və şibyədən əlavə kiçik məməli və quşlarla da qidalanır. Avrasiyada şimal maralı əhliləşdirilib və artıq şimal xalqları üçün qida və material mənbəyi kimi mühüm əhəmiyyət kəsb edir.

Şimal marallarının çəkisi 220 kiloqrama çatır. Onların boyunları nisbətən uzun, ayaqları isə qısa olur. Şimal marallarının həm erkəklərinin, həm də dişilərinin buynuzu olur. Onların buynuzlarının özünə məxsus forması var. Dişi marallar buynuzlarını may-iyun aylarında doğduqdan sonra, erkək marallar isə payızda dəyişirlər. Şimal maralları 150–200 baş olmaqla sürü halında yaşayırlar. Şimal marallarının döl vaxtı may-iyun aylarıdır. Onlar 1 bala doğurlar. Yeni doğulmuş balalar ertəsi gün yaxşı qaçır və suda üzürlər. Balalarını yarım il bəzən daha çox südlə bəsləyirlər. Dişilər 1.5 yaşdan sonra çoxalmada iştirak edirlər.

Qidası Şimal marallarının yeminin 50%-i şibyələrdən (maral mamırından) ibarətdir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Kanada məməliləri Kateqoriya:1758-ci ildə təsvir edilən məməlilər Kateqoriya:Asiya məməliləri Kateqoriya:Avropa məməliləri Kateqoriya:Otlayanlar Kateqoriya:Həssas növlər Kateqoriya:Əhliləşdirilmiş heyvanlar Kateqoriya:Şimali Amerika faunası Kateqoriya:Haloarktik fauna Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:Kənd təsərrüfatı heyvanları Kateqoriya:Marallar Kateqoriya:Qrenlandiya məməliləri