Araz Abdullayev () — Azərbaycanlı futbolçu, Boluspor klubunun və Azərbaycan milli futbol komandasının oyunçusu.

Karyerası Araz Abdulla oğlu Abdullayev 1992-ci ilin 18 aprel tarixində Bakı şəhərində anadan olub. Gənc yaşlarında Neftçi klubunun akademiyasında futbolla məşğul olub. Daha sonradan komandanın əvəzedici heyətində oynayıb. 5 oktyabr 2008-ci il tarixində 16 yaşlı Araz Abdullayev, Neftçi klubunun əsas heyətində debüt etməklə peşəkar karyerasına başlayıb. Növbəti 3 mövsüm ərzində Araz Neftçi klubunun əsas heyətində 32 oyun keçirərək 2 qol vurur və Azərbaycan çempionatının qalibi olur.

2010-cu ildə Araz Abdullayev İngiltərənin Everton klubunun maraq dairəsinə düşür. 2011-ci ilin yanvar ayında Araz Abdullayev, Everton klubu ilə 3 illik müqavilə bağladı. Bundan sonra Everton klubu, Arazın İngiltərədə iş icazəsi alması üçün onu yenidən icarə əsasında mövsümün sonuna qədər Neftçiyə transfer etdi. Müqavilə ilə Evertona məxsus olan Araz Abdullayev, daha sonradan 2012-ci ildə Yunanıstan liqasında çıxış edən Panionios klubuna icarəyə verildi. Yunanıstan Superliqasında 8 oyun keçirən Araz, icarəni bitirdikdən sonra Everton klubu ilə müqaviləsini bitirir.

2012-ci ilin yayında Araz Abdullayev yenidən Neftçi klubuna qayıdır və azad oyunçu kimi 3 illik müqavilə imzalayır. 2012–13 mövsümündə Araz Abdullayev, Neftçinin heyətində 44 oyun keçirərək 5 qol vurur, Azərbaycan çempionatının və Azərbaycan kubokunun qalibi olur, bundan əlavə Avropa Liqasının qrup mərhələsində oynayır. 2013–14 mövsümündə Araz Abdullayev Neftçinin heyətində 2-ci dəfə Azərbaycan kubokunu qazanır.

Uğurları Neftçi Bakı Azərbaycan Premyer Liqası Çempion (2): 2010/2011, 2012/2013 Azərbaycan Kuboku Çempion (2): 2012/2013, 2013/2014

Millidə karyerası Araz Abdullayev 2006–08-ci illərdə Azərbaycanın U-17, 2008–09-cu illərdə isə U-19 milli komandalarında oynayıb. 2008–2013-cü illərdə Araz Azərbaycanın U-21 millisinin heyətində 8 oyun keçirərək 3 qol vurub. 11 oktyabr 2008 tarixində, Araz Abdullayev Azərbaycan milli futbol komandasının heyətində, Finlandiyaya qarşı oyunda meydana çıxaraq, millimizdə oynamış ən gənc oyunçu olub. Həmin zaman Arazın 16 yaşı var idi. 2013-cü ildən bəri Araz Abdullayev Azərbaycan milli komandasının əsas heyət oyunçusudur.

Şəxsi həyatı 28 mart 2013-cü ildə Araz Abdullayev idarə etdiyi "Nissan" markalı avtomobillə Bakı şəhərinin Xətai rayonu ərazisində ağır yol qəzası törədib.

İstinadlar

Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Bakılı futbolçular Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Qəbələ FK futbolçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Zirə FK futbolçuları Kateqoriya:Sumqayıt FK futbolçuları Kateqoriya:Everton FK futbolçuları Kateqoriya:Yunanıstan Super Liqası futbolçuları Kateqoriya:Kipr Birinci Diviziyası futbolçuları Kateqoriya:Azərbaycan milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Qaradağ Lökbatan FK futbolçuları Kateqoriya:Yunanıstanda legioner futbolçular Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Türkiyə 1-ci Liqası futbolçuları Kateqoriya:Kiprdəki əcnəbi kişi futbolçular Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular