Göydərə — Azərbaycan Respublikasının Lerik rayonunun Kələxan kənd inzibati ərazi dairəsində kənd. 15 mart 2002-ci il tarixli 273-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Lerik rayonunun Gövdərə kəndi Qosmalyan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Kələxan kəndi mərkəz olmaqla Kələxan kənd inzibati ərazi dairəsi yaradılmışdır.

Toponimikası Tədqiqatçılar oykonimi Göydərə coğrafi adının təhrifə uğramış forması hesab edirlər. Azərbaycan dilinin dialektlərində qav/gav/gov ot yeyən mal-qaraya deyilir. TalıŞərqqo sözü mal-qara mənasında işlənir. Bütün hallarda toponim "mal-qara dərəsi" mənası ilə bağlıdır. Yaşayış məntəqəsi eyniadlı ərazidə salındığından belə adlandırılmışdır.

Coğrafiyası və iqlimi Kənd dağətəyi ərazidə yerləşir.

Əhalisi Kənd əhalisi azərbaycanlılardan ibarətdir.

Din Kənddə Göydərə kənd məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR - 2016-cı ildə qeydiyyatdan keçənlər . scwra.gov.az

İstinadlar

Həmçinin bax

Kateqoriya:Lerik rayonunun kəndləri