Çəmənli bələdiyyəsi — Azərbaycan Respublikasının Ağdam rayonunda 1999-cu ildən fəaliyyət göstərən bələdiyyə.

Tarixi

07.12.1999-cu il tarxili 771-IQ nömrəli "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun ilkin redaksiyasının "Ağdam rayonu" bölməsinnə əsasən yaradılan ilk 8 bələdiyyədən biri də Ağdam rayonunun Çəmənli bələdiyyəsi olub. O zaman tərkibinə aşağıdakı inzibati ərazi vahidləri aid edilib: Ağram rayonunun Çəmənli, Sarıcalı və Şükürağalı kəndləri.

20.02.2000-ci il tarixli 02 №-li Protokolun müvafiq Qərarı ilə bu Bələdiyyənin ilk Nizmanaməsi qəbul edilib və həmin Nizamnamə 21.04.2025-ci il tarixli 05 №-li Protokolun 3-cü Qərarı ilə ləğv edilib.

18.04.2000-ci il tarixli 864-IQ nömrəli Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə uyğun olaraq Quzanlı qəsəbəsində yaradılmış "Ağdam Bələdiyyələrinin Əlaqələndirmə Şurası"nın üzvülüyünə qəbul edilib.

2003 – 2020-ci illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (indiki Bələdiyyələrlə iş baş idarəsi) və Bərdə Regional Ədliyyə İdarəsi həyata keçirib.

03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə uyğun olaraq, Bələdiyyə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.

29.06.2004-cü il tarixli 715-IIQ nömrəli Qanunla Ağdam bələdiyyələrində ağağıdakı dəyişikliklər edilib: "Çəmənli bələdiyyəsinin əhatə etdiyi Sarıcalı və Şükürağalı kəndlərində Sarıcalı bələdiyyəsi" təşkil edilib. Bununla da Ağdam rayonunun Çəmənli bələdiyyəsinin tərtibində bir tək Çəmənli kəndi qalıb.

2020-2024-cü illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş baş idarəsi və Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirir.

18.11.2024-cü il tarixli 50-VIIQ və 51-VIIQD nömrəli qanunlarla aşağıdakı dəyişikliklər edilib: "7.2. Çəmənli və Sarıcalı bələdiyyələrinin əhatə etdiyi Çəmənli, Sarıcalı və Şükürağalı kəndlərində Çəmənli bələdiyyəsi;" yenidən təşkil edilib.

21.04.2025-ci il tarixli 05 №-li Protokolun müvafiq Qərarı ilə bu Bələdiyyənin yeni Nizamnaməsi qəbul olunub.

28.04.2026-cı il tarixli 13 №-li Protokolun 2-ci Qərarı ilə Bələdiyyənin ilk dəfə Reqlamenti təsdiq edilib. Bu Reqlament Qarabağ Regional Ədliyyə İdarəsinin dəstəyi ilə, beynəlxalq korporativ idarəetmə standartlarına və qanunvericiliyə uyğun tərtib olunub. Bu Reqlament Qarabağ Regional Ədliyyə İdarəsinin dəstəyi ilə, beynəlxalq korporativ idarəetmə standartlarına və qanunvericiliyə uyğun tərtib olunub. Reqlamentdə tənzimlənmiş, iclasların keçirmə qaydası və qarşıya çıxan problemlərin həlli Qarabağ Regional Ədliyyə İdarəsinin rəisi Fariz Şirinovun rəhbərliyi ilə 04.06.2026-cı il tarixlində keçirilən tədbirlərdə geniş müzakirə olunub .

Mərkəzi və ərazisi Nizamnaməsinin 1.5-ci bəndinə əsasən Ağdam rayonunun Çəmənli bələdiyyəsinin mərkəzi Ağdamın Çəmənli kəndidir.

Bələdiyyənin ünvanı: Çəmənli kəndi, Ağdam Rayon İcra hakimiyyətinin Çəmənli kənd İƏD üzrə nümayəndəliyinin binası.

Bu Bələdiyyənin ərazisinə aşağıkılar aiddir: Bələdiyyənin tam adıVÖENBələdiyyə ödəyiciləri üçün vergi koduBələdiyyənin statistik koduƏrazisi (km²)İnzibati ərazi dairəsinin adıİƏD statistik kodu İnzibati ərazi vahidinin adıİƏV statistik koduAğdam rayonunun Çəmənli bələdiyyəsi320004489132026092200734,73Çəmənli kənd iəd60922005Çəmənli kəndi60922018Sarıcalı kəndi60922038Şükürağalı kəndi60922028

Ağdam rayon icra hakimiyyətinin məlumatına əsasən 2025-ci il yanvar ayı üçün Bələdiyyə ərazisində 1533 ev təsərrüfatı fəaliyyət göstərməklə, 6058 nəfər yaşayır.

Bələdiyyə ilə bağlı digər məlumatlar 2024-cü il üçün bu Bələdiyyə öz gəlirlərinə görə Ağdamın ən zəngin bələdiyyəsi olub.

"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş baş idarəsi və Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirir.

"Bələdiyyə qulluğu haqqında" Qanuna uyğun olaraq, Bələdiyyədə mühasib və digər bələdiyyə qulluqçuları fəaliyyət göstərir.

Bələdiyyə sədri barədə məlumatlar Bələdiyyələrlə İş Potalında dərc edilir.

İstinadlar

Kateqoriya:Ağdam rayonunun bələdiyyələri Kateqoriya:1999-cu ildə Azərbaycanda yaradılan bələdiyyələr