Astaraçay — Azərbaycan Respublikasının İranla dövlət sərhədində çay.
Astaraçay Astara rayonundan axıb Xəzər dənizinə tökülür. Uzunluğu 38 km, hövzəsinin sahəsi 242 km²-dir. Başlanğıcını Talış silsiləsində, Şindanqalası dağından (1817 m yüksəklikdən) alır. Alaşa kəndi yanında qovuşan İstisu Astaraçayın əsas qolu hesab olunur. Astaraçay bu hissədən mənsəbə qədər olan məsafədə Azərbaycanla İran arasında dövlət sərhədi təşkil edir.
Çayın illik axımının 70%-ni yağış suları, 22%-ni yeraltı sular, 8%-ni isə qar suları təşkil edir. Yaz aylarında çayda güclü daşqınlar olur. Daşqın dövründə illik axımın 80–85%-i keçir. Suvarmada istifadə edilir. Astara şəhəri Astaraçayın mənsəbindədir.
Adını ərazidəki eyniadlı bulaqdan almışdır. Hidronim ast (aşağı, çökək, dərə) və ara/ura (yer, su, çay, bulaq) sözlərindən düzəlib, "dərədə bulaq, çökək yerdən çıxan su" mənasındadır.
İstinadlar
Mənbə Azərbaycan toponimlərinin ensklopedik lüğəti. II cilddə. Bakı: 2007, I cild, səh.51.
Xarici keçidlər Azərbaycan çayları
Kateqoriya:Azərbaycan çayları Kateqoriya:Sərhəd çayları Kateqoriya:Astara rayonu çayları Kateqoriya:Asiyanın beynəlxalq çayları Kateqoriya:Xəzər dənizinə tökülən çaylar