() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinə aid heyvan cinsi.
Göz qapaqları ilanlarda olduğu kimidir (adı da buradandır). Alt göz qapağının ortasında iri şəffaf dairəcik var. Şimali Afrikada, Cənub-Şərqi Avropada, Kiçik, Ön və Cənubi Asiyada (Hindistanda) 5 növü yayılmışdır. Azərbaycanda 1 növü — zərif ilanbaş (Ophisops elegans) məlumdur. Uzunluğu 60 sm-dək olub, üstdən zeytunu-qəhvəyi, yanlardan uzununa açıq rəngli zolaqlı, aşağıdan isə ağdır. Əsasən, yarımsəhralarda yaşayır. Cücü və onların sürfələri ilə, həmçinin hörümçəklərlə qidalanır. Mövsüm ərzində hər dəfə 4–6 yumurta qoymaqla 2–3 dəfə yumurtlayır.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Sürünən cinsləri