Xaçmaz — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Xaçmaz şəhər inzibati ərazi dairəsində şəhər, Xaçmaz rayonunun inzibati mərkəzi. 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır.Президиум Верховного Совета Азербайджанского ССР. "Азербайджанская ССР, Административно-территориальное деление на 1 января 1961-го года". Азербайджанское государственное издательство, Баку, 1961, стр. 9
Tarixi Xaçmaz şəhərinin tarixi tam öyrənilməsə də məlumdur ki, artıq XVII əsr mənbələrdə Xaçmaz adı çəkilir. Şəhərin Qudyalçayın sahilində yerləşməsi də, yəqin ki, təsadüfi deyil, çünki bu çayın mənsəbində o zamanlar tanınmış liman olan Niyazabad yerləşirdi. Şəhərin karvan ticarət yolları üzərində yerləşməsi onun sürətli inkişafına səbəb olmuşdur. XX əsrin əvvəlində inşası başa çatan Bakı-Mahaçqala (Petrovsk) dəmir yolu üzərində Xaçmaz stansiyasının tikintisi şəhəri vacib nəqliyyat məntəqəsinə çevirdi. 1930-cu ildə şəhər rayon mərkəzinə çevrildi. 1945–1954-cü illərdə tikilən Xaçmaz konserv kombinatı isə uzun müddət Avropa qitəsində istehsalat gücünə görə ən iri müəssisələrdən biri olmuşdur. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "2010–2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramına uyğun olaraq Xaçmaz 2013-cü ildə Azərbaycan Respublikasının əfsanələr paytaxtı elan olunub. 2014-cü ildə Xaçmaz şəhəri, Bakı prospektində Bayraq Meydanı yaradılmışdır. Orada 85 metr hündürlüyündə Bayraq dirəyi qaldırılmışdır. Bayrağın uzunluğu 30 metr, eni isə 15 metrdir. Həmin ərazidə Bayraq Muzeyi fəaliyyət göstərir.
Əhalisi +Xaçmaz şəhəri əhalisinin milli tərkibi Etnik qrup Sayı, 1970 sa.Ethno-Caucasus, Этнодемография Кавказа: Хачмасский район (1970 г.) Nisbəti, 1970 sa. Cəmi22.313100 % Azərbaycanlılar13.17059 % Ruslar və Ukraynalılar 5.30123,8 % Ləzgilər1.7267,7 % Yəhudilər8924 % Ermənilər5072,3 % Tatarlar2441,1 % Gürcülər210,1 % Avarlar50,1 % Tatlar30,1 % Digərləri
Tanınmış şəxsləri
Qardaş şəhərlər Dərbənd, Rusiya Iğdır, Türkiyə Qaratəpə, Gürcüstan
Qalereya
İstinadlar
Xarici keçidlər azerbaijanphoto.com saytındakı şəkilləri
Kateqoriya:Xaçmaz rayonunun şəhərləri