thumb|200px|
Qaymaq — süd məhsulu. Yağ əldə etmək və yemək üçün istifadə olunur. Qaymaq almaq üçün qaynanmış südü qablara (teşt, tabaq və s.) töküb 15—20 saat saxlayırlar. Bu müddətdə südün qaymaq adlanan yağlı hissəsi üzə çıxır. Buna görə də qaymaq xalq arasında bəzən üz adlanır. Süd məhsullarının, o cümlədən qaymağın alınması gil qabların hazırlandığı Neolit dövrünə aiddir.
Hazırda qaymaq sənaye üsulu ilə də alınır. Standarta görə tərkibində 20% yağ olan qaymaq adi, 35% yağ olanı isə yağlı qaymaq adlanır. Qaymağın tərkibində A, B, E, C vitaminləri, həmçinin şəkər və zülal var. 1 kq qaymaqdan 5000 kalori alınır.
Kateqoriya:Süd məhsulları Kateqoriya:Mərkəzi Asiya mətbəxi Kateqoriya:Azərbaycan mətbəxi Kateqoriya:Türkiyə mətbəxi Kateqoriya:Türk dilində sözlər və ifadələr Kateqoriya:Albaniya mətbəxi Kateqoriya:Məzələr Kateqoriya:Bolqarıstan mətbəxi Kateqoriya:Bosniya və Herseqovina mətbəxi Kateqoriya:Hindistan mətbəxi Kateqoriya:Xorvatiya mətbəxi Kateqoriya:İraq mətbəxi Kateqoriya:Dadlıqlar Kateqoriya:Qazaxıstan mətbəxi Kateqoriya:Qırğızıstan mətbəxi Kateqoriya:Özbəkistan mətbəxi Kateqoriya:Pakistan mətbəxi Kateqoriya:Başqırdıstan mətbəxi Kateqoriya:Tatarıstan mətbəxi Kateqoriya:Serbiya mətbəxi Kateqoriya:Şimali Makedoniya mətbəxi Kateqoriya:Tacikistan mətbəxi