Aşıq Ələsgər qısametrajlı sənədli filmi rejissor Xamiz Muradov tərəfindən 1972-ci ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolent görkəmli saz və söz ustası Aşıq Ələsgərin anadan olmasının 150 illiyinə həsr edilmişdir.
Məzmun Kinolent görkəmli saz və söz ustası Aşıq Ələsgərin anadan olmasının 150 illiyinə həsr edilmişdir. Film bütöv xarakterə malik, barışmaz, kökləri xalqa möhkəm bağlı, vətənini qızğın məhəbbətlə sevən, öz qoşmaları və telli sazı ilə onu tərənnüm edən el aşığı Ələsgərə həsr olunmuşdur. Filmdə doğma təbiətdə aşıq Ələsgərin poeziyası bir-birini tamamlayır. Müəlliflər sənətkarın zəngin yaradıcılığına müraciət etmişlər. Onlar burada eyni zamanda söz sənətindən, yaradıcılıq və sənətkarlıq məsələlərindən danışmış, folklor ədəbiyyatı tariximizi vərəqləmiş, "Dədə Qorqud" dan başlayaraq, bugünkü aşıq yaradıcılığına qədər olan dövrdən bəhs etmişlər.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 145
Filmin üzərində işləyənlər Ssenari müəllifi: İlyas Tapdıq Rejissor: Xamiz Muradov Operator: Fəraməz Məmmədov
İstinadlar
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258; 377.
Həmçinin bax Haqq aşığı (film, 2021) Azərbaycan filmlərinin siyahısı 1972-ci ilin Azərbaycan filmləri 1970-ci illər Azərbaycan filmlərinin siyahısı
Xarici keçidlər Aşıq Ələsgər (Sənədli film, 1972)
Kateqoriya:1972-ci ilin filmləri Kateqoriya:1972-ci ilin Azərbaycan filmləri Kateqoriya:Aşıq Ələsgər