Thriller — Maykl Cekson altıncı studiya albomu. Epic Records leyblı ilə 30 noyabr 1982-ci ildə buraxılmışdır. Albomun prodüserliyini Kuinsi Cons və Maykl Cekson özü etmişdir. Albomda 9 mahnı var və onlardan sinql şəklində buraxılan yeddisi Billboard Hot 100 çartının ilk onluğuna düşmüşdür. Onlardan üçünə videoklip çəkilmişdir. Albomun buraxılmasından sonrakı bir il ərzində "Thriller" bütün dövrlərin ən çox satılan albomu oldu və hal-hazıradək bu titulunu qoruyur. 1984-cü ildə Maykl Cekson bu alboma görə yeddi, o cümlədən "ilin albomu" kateqoriyasında Qremmi mükafatına layiq görüldü.

Xarici keçidlər Thriller (Adobe Flash) at Radio3Net

Həmçinin bax The Lady in My Life

Kateqoriya:Maykl Cekson albomları Kateqoriya:Ginnesin Rekordlar Kitabına düşənlər Kateqoriya:İlin albomuna görə Qremmi mükafatı Kateqoriya:İlin Britaniya albomuna görə Brit mükafatı Kateqoriya:ABŞ Milli Səsyazma Reyestrinin qeydiyyatına alınmış albomlar Kateqoriya:Dünya rekordçuları