Kənəə – Azərbaycan Respublikasının İsmayıllı rayonunun Lahıc qəsəbə inzibati ərazi dairəsində kənd.
Kənəə kəndi dağətəyi ərazidədir. Keçmiş adı Kənəgə olub. Toponim təhrifə uğramışdır. Əslində Kənagah olmalıdır. Bəzi tədqiqatçıların fikrincə, toponim tat dilindəki kənə (mədən, yataq) və gah (məkan) sözlərindən ibarət olub, “mədən olan yer” mənasındadır.
Əhalisi Kəndin əhalisini tatlar təşkil edir. Kənddə 27 nəfər yaşayır ki, onun da 14 nəfəri kişi, 13 nəfəri isə qadındır.
İstinadlar
Həmçinin bax
Kateqoriya:İsmayıllı rayonunun kəndləri