Buryat dili - buryatların dili. Monqol dillərinə daxildir. Buryat Respublikasında, İrkutsk, Çita vilayətlərində və Çin Xalq Respublikasının şimal-şərqində yayılmışdır. Buryat dili ərazi baxımından 4 dialektə bölünür: qərbi (exirit-bulqar); şərqi (horin); şimali (alar-tunkin) və cənubi (sonqol-sartul). 1931–ci ildə buryat dili latın, 1939-cu ildən isə kiril qrafikasına keçirilmişdir.
Həmçinin bax
Kateqoriya:Buryatiya dilləri Kateqoriya:Rusiya dilləri Kateqoriya:Monqolustan dilləri Kateqoriya:Çin dilləri Kateqoriya:Aqqlütinativ dillər