Arif Qədiməliyev () — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı, Mart hadisələri şəhidi.
Həyatı 13 iyul 1975-ci ildə Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olmuşdur. 1992-ci ildə burada məktəbi bitirmiş və sovxozda işləmişdir. 1993-cü ildə Ağstafa rayonundan Milli Ordu sıralarına çağırılmışdır. 1994-cü ildə 18 yanvar tarixdə cəbhəyə göndərilmişdir.
Döyüşlərdə iştirakı Arif "N" saylı hərbi hissənin tərkibində Füzuli, Kəlbəcər, Murovdağ uğrunda gedən döyüşlərdə döyüşmüşdür. O, həm kəşfiyyatçı, həm də nişançı–atıcı kimi komandirlərin hörmətini qazanmışdır. 13–17 mart hadisələri (1995) zamanı şəhid olub.
Ailəsi Subay idi.
Milli Qəhrəman Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Qədiməliyev Arif Maasif oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Dağ Kəsəmən kəndində dəfn edilmişdir.
Ağstafa şəhərində büstü qoyulmuşdur, qəhrəmanımızın adına mədəniyyət evi var.
İstinadlar
Ədəbiyyat Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 157.
Xarici keçidlər Qədiməliyev Arif Maasif oğlu
Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Ağstafa rayonunda doğulanlar Kateqoriya:Azərbaycan kəşfiyyatçıları Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Müharibələrdə və silahlı münaqişələrdə həlak olanlar