Dırnaqlılar () — məməli heyvanların bir qrupu.
5 müasir dəstəni birləşdirir: təkdırnaqlılar, cütdırnaqlılar, xortumlular, sirenlər və damanlar).
1—5 barmaqlı ətraflarında dırnağın olması xarakterikdir. Antarktidadan başqa, bütün materiklərdə yayılmışdır (Avstraliya və Yeni Zelandiyaya gətirilmişdir). Əksəriyyəti bitkilərlə qidalanan, bir qismi isə hər cür qida yeyən heyvanlardır. Qədim dırnaqlılardan əmələ gəldiyi ehtimal olunur. Əksəriyyəti ov heyvanlarıdır. Qiymətli ev və təsərrüfat heyvanları olan at, buynuzlu heyvanlar, donuz, dəvə və maral da dırnaqlılara aiddir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:1766-cı ildə təsvir edilən məməlilər Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları