right|250px|thumb|Komedi Dükkanı, 2008
Tolga Çevik (Tolqa Çevik) - Türk komediya ustası, teatr, kino və serial aktyoru. "Avrupa Yakası" adlı serialda Sacit Kral xarakterini canlandırmışdır. Serialdan çıxdıqdan sonra "Komedi Dükkanı" adlı komediya proqramında çıxış etməyə başlamışdır. 1996-cı ildə Missuri Ştatı Mərkəzi Universitetinin Teatr sənəti fakültəsinin aktyorluq bölməsini bitirmişdir. Məşhur ABŞ aktyoru Robin Uilyamsdan dərs almışdır. ABŞ-dakı təhsilini tamamladıqdan sonra Hadi Çaman Teatrında profesional səhnə həyatına başlamışdır. BKM-nin aktyoru olan Tolga Çevik, əsasən BKM istehsalı olan film, serial və tamaşalarda rol alır.
Cem Yılmazın bacısı Özge Yılmaz ilə evlidir. Bir qızı (Tuna) və bir oğlu (Tan) var.
Xarici keçidlər
Tolga Çevikin rəsmi saytı Tolga Çevikin fan saytı
Kateqoriya:1974-cü ildə doğulanlar Kateqoriya:Türkiyə aktyorları Kateqoriya:Türkiyə film aktyorları Kateqoriya:Türkiyənin televiziya aktyorları Kateqoriya:Türkiyə teatr aktyorları Kateqoriya:Türkiyə kişi film aktyorları