Atam və oğlum (türkcə:Babam ve oğlum) — türk rejissor Çağan Irmakın çəkdiyi və Türk filmlərinin ən yaxşıları arasında sayıla biləcək bir film.
Məzmun
Türkiyədə 1980-ci il hərbi çevrilişi vaxtı anasını itirən Dəniz (çevrilişdən sonra bir çox valideynin övladına edam olunan Dəniz Gəzmişin xatirəsinə verdiyi ad) yeddi il sonra atası ilə birlikdə Ege bölgəsində yaşayan babasını görməyə gedir. İllərdir babasını görməməyinin səbəbi atasıyla babasının bir-birinə küsülü olmasıdır. Dənizin babası Hüseyn Əfəndi (Çetin Tekindor) oxumaq üçün göndərdiyi oğlunun siyasi hadisələrə qarışdığını eşidəndə onu oğulluqdan silir. Uzun müddət atası ilə küsülü olan Sadıq ata evinə oğlunu atasına əmanət etmək üçün qayıdır. Çünki Sadıq artıq oğlu Dənizdən ayrılmağa məcburdur.
Rollarda
Çətin Təkindor - Hüseyn əfəndi Fikrət Quşqan - Sadiq Hümeyra - Nuran Ege Tanman - Dəniz Şərif Sezər - Gülbəyaz Yetkin Dikincilər - Salim Binnur Qaya - Hanifə Mahmud Gökgöz - İbrahim Kahya Nergiz Çorakçı - Səkinə Bilgə Şən - Fatma Tuba Büyüküstün - Aysun Özge Özberk - Birgül Erdal Tosun - jurnalist Mustafa Halit Ergenç - Özkan
Qazandığı mükafatlar
25. Beynəlxalq İstanbul Film Festivalı (2006)
Ən yaxşı film (Çağan İrmaq)
Ən yaxşı kişi aktyor (Fikrət Kuşqan)https://film.iksv.org/tr - 25. Uluslararası İstanbul Film Festivali. İstifadə tarixi: 12.06.2025
Ən yaxşı qadın aktyor (Şərif Sezər)
Mənbə Babam ve Oğlum filminin rəsmi saytı
Kateqoriya:Türkcə filmlər Kateqoriya:Türkiyə filmləri Kateqoriya:2005-ci ilin filmləri Kateqoriya:1980-ci illər haqqında filmlər Kateqoriya:Türkiyənin dram filmləri Kateqoriya:2005-ci ilin dram filmləri Kateqoriya:İstanbulda çəkilən filmlər Kateqoriya:Dramlar Kateqoriya:2000-ci illərin Türkiyə filmləri