Qoturlu – Azərbaycan Respublikasının Kəlbəcər rayonunun ərazisində müalicəvi əhəmiyyətli mineral bulaq.
Ümumi məlumat Azərbaycan Respublikasının Kəlbəcər rayonunun ərazisində, Tutqunçayın (Tərtərçayın qolu) sahilində yerləşən bu mineral bulağın suyunun temperaturu 18 °C-dir. Bulağın suyu qızdırıldıqdan sonra müxtəlif dəri xəstəliklərinin (xüsusilə qoturluq xəstəliyi) müalicəsində istifadə olunur. Elə bu səbəbdən də bulaq belə adlandırılmışdır.
Həmçinin bax Qotursu bulağı
Mənbə '''Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. II cild, səh.67.
Kateqoriya:Mineral bulaqlar Kateqoriya:Kəlbəcər rayonunun su obyektləri