Xurşidbanu Natəvan () — XIX əsr Azərbaycan şairəsi. Sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli Qərarı ilə Xurşidbanu Natəvan Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.

Həyatı Mehdiqulu xan qızı Xurşidbanu Natəvan 6 avqust 1832-ci ildə Şuşada anadan olmuşdur. Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını vermişdir. O, ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sonuncu vərəsəsi olduğu üçün, onu sarayda "Dürrü yekta" (Tək inci), el arasında isə "Xan qızı" çağırmışlar.Azərbaycan SSR-nin Mərkəzi dövlət tarixi arxivi, Bakı, 1958, səh. 179–180 thumb|left|170 px|Natəvana məxsus geyim Balaca Xurşidbanunun ilk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiyələri olmuşdular. Məktəb yaşına çatdıqda isə evdə dövrün alim və sənətkarlarından dərs almağa başlamışdır. Məşğələ zamanı Xurşidbanu Quran ayələrini və dini ehkamları əzbərləməklə yanaşı, dünyəvi elmlərlə də tanış olmuşdur. XIX əsrdə kübar ailələrin uşaqlarına bir qayda olaraq doğma dili ilə bərabər, ərəb və fars diləri, onların sərfi-nəvi təlim edildiyindən, Xan qızı da bu dilləri öyrənmiş, onların vasitəsilə klassik şeirin qayda-qanunlarını mənimsəmişdir. О, lazımi dərəcədə bilik əldə etdikdən sonra müntəzəm surətdə mütaliə ilə məşğul olmuşdur. Dahi şərq şairlərin ələ düşən nadir kitabları, qiymətli əlyazmaları Xurşidbanunu klassik ədəbiyyata bağlamışdır.

Natəvanın dünyagörüşünün, bədii zövqünün formalaşmasında yaxın və uzaq qohumlarının əməyi az olmamışdır. Qasım bəy Zakir, Mirzə Camal Cavanşir Qarabaği, Mirzə Adıgözəl bəy Qarabaği, Əhməd bəy Cavanşir kimi hörmətli və tanınmış şəxsiyyətlər öz yaradıcılıqları, ədəbi söhbət və mübahisələri, eləcə də ağıllı məsləhətləri ilə Xurşidbanuda şeirə və sənətə olan şövq və həvəsi qüvvətləndirmişlər.

Tarixçilərin ehtimalına görə, bu dövrdə xarici və daxili vəziyyətin ciddi surətdə gərginləşməsi ilə əlaqədar xan ailələri üzərində nəzarət gücləndirilmiş və Xurşidbanu Xasay xan Usmiyevlə izdivaca məcbur edilmişdi. Belə bir ehtimal da vardır ki, Vorontsovun şəxsi yavəri Xasay bəy Tiflisdə onlara mülk iddialarında kömək göstərmiş və bunun müqabilində Xurşidbanuya evlənməyi təklif etmişdir. 1850-ci ilin payızında Xasay bəy Şuşaya gəlib toy etmiş və Xurşidbanunu Dağıstana — öz doğma kəndinə, oradan da Tiflisə aparmışdır.К. Алиев. Кумыки в военной истории России. Изд. "Дельта-Пресс". Махачкала. 2010. С. 156–159.

Həyatının çiçək açdığı bir dövrdə Xurşidbanu Tiflisdə yaşamalı olmuşdur. Şəhərin səfalı yerləri, təbii mənzərələri ona xoş gəlsə də, burada yaşamağa məcbur olduğu və çox vaxtları tək qaldığı üçün sıxılmış, qəriblik çəkmişdir. Natəvan bu şəhərdə rus, gürcü mədəni cəmiyyətlərinə qoşulmuş, özü də milli ənənəsi, kübarlara məxsus davranışı və üç dildə sərbəst danışması ilə cəmiyyətlərdə maraq oyatmışdır. Bir sıra vilayət və şəhərlərə səyahətə çıxması Xurşidbanunun təfəkkür dairəsinin genişlənməsinə, dünyagörüşünün artmasına təkan vermişdir. Vladiqafqaza, Dağıstana, Şirvana, Bakıya, Gəncəyə və Naxçıvana səfəri zamanı o, yüksəkrütbəli dövlət qulluqçuları, yazıçı, alim və səyyahlarla görüşmüşdür.

Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideyallara malik olan şəxsiyyət olmuşdur. O, Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoymuşdur. Bu şəxsiyyətin meydana gəlməsinin bir neçə əsas səbəbi vardır. Bunlardan birisi şairənin soy köküdür. Yəni, Natəvanda iki böyük nəslin – Cavanşirlərin və Ziyadoğlu-Qacarların qanı vardır. Adlarını çəkdiyimiz bu iki böyük və şərəfli nəslin hər birisi dünyaya bir sıra şair gətirmişdir (məsələn, Cavanşir nəslindən Əbülfət xan Tutinin, Qasım bəy Zakirin, Ziyadoğlu-Qacar nəslindən isə Ziyadi Qarabaği, Müsahib Gəncəvi və bir sıra başqa şairlərin adlarını çəkmək olar). Maraqlıdır, ki, Ziyadi Qarabaği və Musahib Gəncəvi vaxtilə Qarabağ bəylərbəyisi olmuşdurlar. Natəvan yaradıcılığının böyük tədqiqatçısı Bəylər Məmmədov "Natəvanın şair qohumları" kitabında (B., 1989) bu məsələni geniş açıqlayır. Eyni zamanda, Ziyadoğlu Qacar nəslindən çıxan şairlərdən söz başqa kitablarda da açılırMəhəmmədəli Tərbiyyətin "Danişmədani – Azərbaycan", B., 1987; Çingiz Qacarın "Qədim və orta əsrlər Azərbaycanın görkəmli şəxsiyyətləri", B., 1997 və s. Füzuli adına Respublika əlyazmalar institutunun fondunda Müsahib Gəncəvinin şeir divanı saxlanılır və bu əsərin üzərində institutun əməkdaşları elmi tədqiqatlar aparırlar. thumb|left|150 px|Natəvanın nəvəsi Xasay Usmiyev və həyat yoldaşı

Xurşidbanu Natəvan zəmanəsinin görkəmli şəxsiyyətlərindən olmuş, təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada xeyirxahlığı və mesenatlığı ilə tanınmışdır. O, kasıblara əl tutmuş, Şuşaya su kəməri çəkdirmişdir.

Natəvan ikinci dəfə 1869-cu ildə rəiyyət içərisindən çıxmış Seyid Hüseyn adlı bir şuşalıya ərə getmiş, bu hərəkəti ilə bəy və mülkədarları qəzəbləndirmişdir. Onlar Natəvanın ailə üzvləri arasına təfriqə salaraq, oğlu Mehdiqulu xanın evdən baş götürüb getməsinə müvəffəq olmuşlar. Şairə ömru boyu qınaq və töhmətlərdən yaxa qurtara bilməmişdir.XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005, səh. 222

Şəxsi münasibətlərin, dövranın haqsızlığı, zalımların sitəmi şairi vaxtsız qocaltmış, onu həyat işığına həsrət qoymuşdur. Ağlamaqdan gözlərinin nuru getmiş, bədəni taqətdən düşmüşdür. Xurşidbanu Natəvan 1897-ci il, 2 oktyabrda vəfat etmişdir və Ağdamın "İmarət" qəbiristanlığında dəfn olunmuşdur.

Ağdam rayonu işğaldan azad olunandan sonra, məlum olmuşdur ki, ermənilər tərəfindən Natəvanın məqbərəsi dağıdılmış, qəbiri isə təhqir olunmuşdur, qazılıb və sümükləri də qəbrindən çıxarılıb aparılmışdır. Bu haqda məşhur fransız fotojurnalisti Rza Diqqəti məlumat da dərc etmişdir, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi də bu faktı təstiqləmişdir.Xurşidbanu Natəvanın dağıdılmış qəbrinin görüntüləri

https://www.youtube.com/watch?v=fCdCipq2NSk&ab_channel=%D0%92%D1%81%D1%8F%D0%BF%D1%80%D0%B0%D0%B2%D0%B4%D0%B0

Uşaqları 1855-ci ildə Xurşidbanunun oğlu, 1856-cı ildə qızı dünyaya gəlmişdir. Oğlunun adını Mehdiqulu, qızın adını isə Xanbikə qoyurlar.

Natəvanın qızı Xanbikə xanım da anasının yolunu davam etdirərək, qəzəllər və rübailər yazmışdır. Onun bir-neçə qəzəli Vasif Quliyevin "Dünənə uzanan cığır" (B., 2000) kitabında çap olunmuşdur. Bu kitabda göstərilir ki, Xanbikə xanım "Məclisi-üns"ün üzvlərindən biri olub.

İrsi Adına küçə, klub, kitabxana və məktəb vardır. Xan qızının əlyazmaları, şəxsi geyim və əşyaları nadir eksponat kimi arxiv və müzeylərimizdə saxlanılır. thumb|Xurşidbanu Natəvanın Bakı şəhərində heykəli Bakıda heykəli, Şuşada büstü, Ağdamda qəbirüstü abidəsi qoyulmuşdur.

2016-cı il fevralın 18-də Heydər Əliyev Fondunun dəstəyi ilə Belçika Krallığının Vaterlo şəhərində Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimi keçirilib. Abidənin müəllifi heykəltaraş İmran Mehdiyevdir.

2022-ci ilin iyul ayında Prezident İlham Əliyevin "Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında" sərəncamina uyğun olaraq AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan ədəbiyyatı Muzeyində "Xan qızı Natəvan və Azərbaycan qadınının ədəbi-mədəni mübarizələri" mövzusunda beynəlxalq elmi konfrans təşkil olundu.

Soyağacı Pənahəli xanın nəticəsidir. İbrahimxəlil xanın nəvəsidir. Ana tərəfdən Gəncə hakimi Cavad xanın nəslindəndir: anası Bədircahan bəyim Cavad xanın nəvəsi, Uğurlu bəyin qızıdır. Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızıdır. Kumık Xasay xanın həyat yoldaşıdır. Mehdiqulu xan Vəfanın anasıdır. Xanbikə xanımın anasıdır. Mir Həsən Ağa Mirin anasıdır. Mir Abbasın anasıdır. Bəhram xan Naxçıvanskinin nənəsidir. Əkbər xan Naxçıvanskinin nənəsidir.

Xaqan xan Naxçıvanskinin nənəsidir.

Kamran xan Naxçıvanskinin nənəsidir. Ənvər xanım Naxçıvanskayanın nənəsidir. Sənubər xanım Naxçıvanskayanın nənəsidir. Nəticələri: Xanımcan xanım, Nuşerim xanım, Məhmə xanım, Zibəndə xanım, Seymur xan, İzzət xan, Sürəyya xanım, Həbib xan, Əxtər xanım, Reyhanat xanım, Tərlan xanım, Aman xan, İsgəndər xan, Leyla xanım Usmiyeva, Nahidə-Leyla Məmmədova.

Yaradıcılığı Natəvan yaradıcılığa təxminən XIX əsrin 50-ci illərindən başlamışdır. İlk vaxtlar onun "Xurşid" imzası ilə yazdığı şeirlərin əksəriyyəti itib-batmış, yalnız cüzi bir hissəsi bizə gəlib çatmışdır. 1870-ci ildən etibarən şairə özünə "Natəvan" (köməksiz, zəif, xəstə) təxəllüsü götürərək, dərin məzmunlu qəzəllərini yaratmışdır. Onun şeirləri hələ sağlığında dildən-dilə düşmüş, əlyazma şəklində yayılmışdır. Xurşidbanunun şeirlərini məzmun cəhətdən şərti olaraq dörd qismə ayırmaq mümkündür: aşiqanə şeirlər, təbiət gözəlliklərinə həsr edilmiş şeirlər, müasirlərinə yazdığı mənzumələr, hüznlü şeirlər.Tariximizin fəxri — Xurşidbanu Natəvan XIX əsrdə Azərbaycan ədəbi mühiti bir sıra qüdrətli sənətkarlar, o cümlədən şairə qadınlar yetişdirmişdir: Xurşidbanu Natəvan, Fatma xanım Kəminə, Aşıq Pəri və s. Natəvanın fitri istedadının üzə çıxması və çiçəklənməsinin səbəblərindən birii, Şuşanın təkraredilməz yaradıcı ab-havası və mühiti də olmuşdur. Bəylər Məmmədov "Xurşidbanu Natəvan" kitabında yazır: "Hətta xatirələrdə Natəvanın "Xanlıq Şükür" adı ilə tanınan xidmətçisinə musiqi təlimi verməklə onu məşhur xanəndə etməsindən də danışılır". Özü də müəllif qeyd edir ki, bu haqda material Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin fondunda saxlanılır (inv. 481, səh. 7). Hal-hazırda bu materialın Füzuli adına Respublika Əlyazmalar institutuna verildiyi barədə gümanlar var, lakin həmin materiallar hələlik tapılıb tədqiqata cəlb edilməmişdir. thumb|Xurşidbanu Natəvan oğlu Mehdiqulu xan və qızı Xanbikə ilə Natəvanın poeziyası Azərbaycan xanəndələrini də ruhlandırır. Böyük sənətkarımız Seyid Şuşinskinin Natəvan haqqında xatirəsində qeyd olunur ki, o şairənin qəzəllərini "Segah" üstündə oxuyarmışNizami adına Azərbaycan ədəbiyyatı Muzeyinin fondu, inv. 874. Və ondan bəri, demək olar ki, bu günə kimi tanınmış Azərbaycan xanəndələri şairənin qəzəllərini oxuyub, ilham alırlar. Natəvan poeziyası peşəkar Azərbaycan bəstəkarların əsərlərində də öz əksini tapır. Bunun parlaq misalı tanınmış bəstəkar Xalq artisti, professor Vasif Adıgözəlovun Natəvanın sözlərinə yazılmış məşhur "Qərənfil" mahnı-romansı ola bilər. Bəstəkar "Xan qızı Natəvan" operasını da yazmışdir.