Bəndovan palçıq vulkanı — Vulkan Bakıdan 80 km cənub-qərbdə, Xəzər dənizi sahilində yerləşir.

Haqqında

Bəndovan palçıq vulkanı Bakı şəhərindən 80 km cənub-qərbdə, Xəzər dənizinin sahilində yerləşir. Oturacağının diametri 1.4 km olub, morfoloji təcrid olunmuş yüksəklikdir. Yamacları, xüsusilə, şimal-şərq və cənub-qərb yamacları dərin yarğanlarla parçalanmışdır. Mütləq hündürlüyü 67 m, nisbi hündürlüyü isə 87 m-dir, zirvəsi yaylavarı səthi təmsil edir. Brekçiyanın sahəsi 119 ha, qalınlığı -35 m, həcmi -42 mln.m³-dur.Zirvəsi kəskin dərə-təpəli yaylaşəkilli səthdir və burada qaz, lil, neft qabarcıqlı bulanıq su çıxan çoxlu sayda sopkalar, qrifonlar və salzalar qrupu vardır. Bəzi sopkaların hündürlüyü 3–4 m-ə çatır, salzların diametri isə 1–2 m-dir. Kürovdağ-Babazənan-Neftçala antiklinal zonasının vulkanları vulkan(Pirqarı, Yandərə, Göytəpə, Durovdağ, Duzdağ) və təzahürlərlə (Babazənan, Tatarməhlə, Kiçik Pilpilə, Neftçala Pilpiləsi, Yeniqışlaq) təmsil edir.

Həmçinin bax Qızmeydan palçıq vulkanı Bəndovan Dövlət Təbiət Yasaqlığı

İstinadlar

Xarici keçidlər Wikimapia – Bəndovan

Şəkillər

Kateqoriya:Azərbaycanın palçıq vulkanları