Marçello Mastroyanni () — İtaliya aktyoru.
Həyatı Marçello Vinçenso Domeniko Mastroyanni 28 sentyabr 1924-cü ildə İtaliyada anadan olmuşdur. Uşaqlığı, eləcə də gəncliyi Turin və Roma şəhərlərində keçmişdir. Bu dövrdə tamaşalar son dərəcə neorealist üslubunda hazırlanırdı. İş elə gətirir ki, aktyorun çəkildiyi ilk filmlər də bu üslubda olur.
Lukino Viskontinin "Bəyaz gecələr" və Mario Moniçellinin "Naməlum cinayətkarlar" filmlərində çəkilən Mastroyanni Fellininin "Şirin həyat" filminə çəkiləndən sonra daha da məşhurlaşır. Bu ekran əsəri onu bütün Avropaya tanıdır.
1961-ci ildə kino tənqidçiləri Mastroyanninin "Gecə" filmində (rejissor: Mikelancelo Antonioni) ifa etdiyi obrazı müzakirə edirlər. Bu aktyorun iştirakı ilə sonralar çəkilmiş "İtalyansayağı boşanma" filmi də uğur qazanır. Marçello bu kinoda Stefaniya Sandrelli ilə birgə çəkilmişdi. Bu əsərin rejissoru Pyetro Cermi olmuşdur.
O, ardıcıl olaraq iki dəfə Britaniya kino akademiyasının mükafatını qazanmışdır. Daha sonra isə Federiko Fellininin "Səkkiz yarım" filmində çəkilən aktyor burada Klaudiya Kardinale ilə tərəf-müqabil olmuşdur. Elə bu filmin çəkildiyi ildə də ona "Dünən, bu gün, sabah" layihəsində Sofi Lorenlə işləmək nəsib olur.
Mastroyanni ilk dəfə 1946-cı ildə Flora Karabella ilə ailə həyatı qursa da o, əsl məhəbbətini Fransada tapır. Məhz orada aktrisa Katrin Denövlə evlənir və onların bir qızı dünyaya gəlir.
XX əsrin 70–80-ci illərində Mastroyanni əvvəlki illərə nisbətən daha çox filmdə çəkilir. Hər il onun iştirakı ilə bir neçə film kinoteatrlara çıxırdı. 1986-cı ildə isə o, Kann kinofestivalının mükafatını qazanır və "Oskar"a namizəd göstərilir.
M. Mastroyanni son kino rollarından birini 1994-cü ildə rejissor Robert Oltmanın "Yüksək dəb" filmində ifa etmişdi.
Marçello Mastroyanni 19 dekabr 1996-cı ildə Fransanın Paris şəhərində vəfat etmişdir.
Filmoqrafiya İl Azərbaycanca adı Orijinal adı Rol1949 Avqustun bazar günü Domenica d’agosto Erkole Nardi1949 Dəniz üzərində ürək Cuori sul mare Massimo Falçetti1951 Paris həmişə Parisdir Parigi è sempre Parigi Marçello Venturi1954 Kanar şahzadəsi La principessa delle Canarie don Diyeqo1954 Məhəbbət günləri Giorni D'Amore Paskuale1957 Atalar və oğullar Padri e figli Çezare1957 Bəyaz gecələr Le notti bianche Mario1958 Həmişəki naməlumlar I Soliti Ignoti Tiberio1960 Şirin həyat La Dolce Vita Marçello Rubini1960 Gözəl Antonio Il bell'Antonio Antonio1961 İtalyansayağı boşanma Divorzio all'italiana Ferdinando Çefalu1961 Gecə La notte Covanni Pontano1962 Ailə tarixçəsi Cronaca familiare Enriko1963 Səkkiz yarım 8 ½ Qvido Anselmi1963 Dünən, bu gün, sabah Ieri, oggi, domani Karmine Sbarati / Renso / Auqusto Ruskoni1964 İtalyansayağı nikah Matrimonio All’Italiana Domeniko Soriano1965 Kazanova-70 Casanova 70 Andrea Rossi-Kolombotti1965 Onuncu qurban La Decima Vittima Marçello Poletti1965 Bu gün, sabah, birisigün Oggi, domani, dopodomani Mario / Mişel1967 Yad Lo straniero Artur Merso1968 Sevgililər Amanti Valerion1970 Günəbaxanlar I Girasoli Antonio1971 Bu ancaq başqalarının başına gəlir Ça n’arrive qu’aux autres Marçello1971 İcazə verin, özümü təqdim edim, Rokko Papaleo Permette? Rocco Papaleo Rokko Papaleo1971 Keşişin arvadı La moglie del prete don Mario1972 Nə? Che? Aleks1973 Romada qətl Massacre In Rome Pyetro Antonelli1973 Böyük acgözlük La Grande Abbuffata Marçello1974 Ağ qadına toxunma Touche pas a la femme blanche general Corc Armstronq Kaster1975 Qanqsterin oyuncağı La Pupa Del Gangster Çarli Koletto1975 Bazar gününün qadını La donna della domenica Salvatore Santamaria1976 Xanımlar və cənablar, gecəniz xeyrə qalsın Signore e signori buonanotte Paolo1976 Todo modo Todo modo don Qaytano1977 Əlvida, kişi Ciao maschio Luici Noçello1977 İkiqat qətl Doppio delitto Bruno Baldassarre1978 Qanlı ədavət Fatto di sangue fra due uomini per causa di una vedova, si sospettano moventi politici Rozario Mariya Spallone1979 Neopolitan detektivi Giallo napoletano Rafael1979 Özünlə qal Cosi' come sei Culio Marenqo1980 Qadınlar şəhəri La Città Delle Donne Snaporaz1981 Dəri La pelle Kursio Malaparte1981 Sevgi kabusu Fantasma d’amore Nino Monti1982 Qapı arxasında Oltre la porta Enriko Sommi1982 Yeni dünya Il Mondo Nuovo Cakomo Cirolamo Kazanova1983 Pyeranın hekayəti Storia Di Piera Lorenso1986 Cincer və Fred Ginger E Fred Pippo Bottiçella ("Fred")1987 Müsahibə Intervista özü1987 Qara gözlər Очи чёрные memar Romano Patroe1989 Saat neçədir? Che ora è? Marçello1990 Hər kəsin bütün işləri qaydasındadır Stanno Tutti Bene Matteo Skuro1991 Gözəl sevgi Cin cin Çezario Qrimaldi1992 İkinci nəfəs Used People Co Meledandri1993 Bu barədə danışmaq istəmirəm De Eso No Se Habla Lüdoviko D’Andrea1994 Yüksək dəb Prêt-à-Porter Sergey / Sercio1995 Buludlar arxasında Al di là delle nuvole rəssam1995 Simon Sinemanın 101 günü Les Cent et une nuits de Simon Cinema italyan dost1996 Üç həyat və bir ölüm Trois vies et une seule mort Mateo Strano
İstinadlar
Xarici keçidlər
Kino → Marçello Mastroyanni
Həmçinin bax Kateqoriya:İtaliya aktyorları Kateqoriya:İtaliyada doğulanlar Kateqoriya:Parisdə vəfat edənlər Kateqoriya:Xərçəng xəstəliyindən ölənlər Kateqoriya:Oskar mükafatı laureatları Kateqoriya:BAFTA mükafatı laureatları Kateqoriya:Ən yaxşı kişi roluna görə Oskar mükafatı qalibləri Kateqoriya:Sezar mükafatı laureatları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:İtaliya şəxsləri