Kərimova Aşafatma Hidayət qızı — Sosialist Əməyi Qəhrəmanı.

Həyatı 1929-cu ildə Ucar rayonunun Qaradağlı kəndində anadan olmuşdur. 1943–1963-cü illərdə Ucar rayonunun Qaradağlı kəndində Lenin adına kolxozda kolxozçu, manqa başçısı işləmişdir.

Yüksək əmək göstəricilərinə görə 1948-ci ildə Lenin ordeni, 1950-ci ilə Sosialist Əməyi Qəhrəmanı fəxri adını almışdır. 1963-cü ildən İttifaq əhəmiyyətli fərdi pensiyaçı olmuşdur. 2002-ci ildən Prezident təqaüdçüsü idi.Распоряжение Президента Азербайджанской Республики «О предоставлении персональных стипендий Президента Азербайджанской Республики» от 2 октября 2002 года

2009-cu ildə vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Ucar rayonunda doğulanlar Kateqoriya:SSRİ kolxozçuları Kateqoriya:Sovet İttifaqı əhəmiyyətli fərdi təqaüdçülər