Moloja — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd.Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
Əhalisi Əhalisi 520 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Toponimiyası Bəzi tədqiqatçılara görə, oykonimin tərkibindəki molo komponenti talış dilindəki mölo (molla) sözünün fonetik variantıdır, jə isə “yer” mənasındadır. Ehtimal ki, yaşayış məntəqəsini molla saldığı üçün belə adlandırılmışdır. Digər mülahizəyə görə, Molojə talış dilində “molla döyən” deməkdir. Görünür, oykonim talış, məlo jə sözündən yaranmışdır. Üçüncü, fərqli mülahizəyə əsasən, bu oykonim malon jə sözündən olub, “mal-qaranın vurulduğu yer” deməkdir. Bu oykonimi malon şə sözünün talış dilində fonetik variantı kimi qəbul etsək, mənası “mal-qaranın getdiyi yer, örüş yeri” deməkdir.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007,304 səh.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Lənkəran rayonunun kəndləri Kateqoriya:Lənkəran rayonunun yaşayış məntəqələri