Azərbaycan Milli İncəsənət Muzeyi — Azərbaycanın ən böyük incəsənət muzeyidir və muzeydə on yeddi mindən çox eksponat saxlanılır.Интервью директора музея Чингиза Фарзалиева. Наша коллекция насчитывает свыше 17 тысяч экспонатов // газета : "Азербайджанские известия". — 2 марта 2012. 1936-cı ildə əsası qoyulmuşВ. Г. Власов. Большой энциклопедический словарь изобразительного искусства. — Лита, 2000. — Т. 1. — С. 534. — ISBN 5933630020 muzey, 1943-cü ildən realist teatr-dekorasiya sənətinin yaradıcılarından biriBöyük Sovet Ensiklopediyasında Mustafayev Rüstəm Mamed oğlu məqaləsi Rüstəm Mustafayevin adını daşıyır.

Hazırda muzey, Bakıda XIX əsrdə inşa edilmiş iki yanaşı tarixi binada — "De Burun sarayı" və "Mariinski Qadın Gimnaziyası" binasında yerləşir. Muzeydə Qədim Şərq və Azərbaycan, Rusiya və Qərbi Avropa incəsənətinin müxtəlif dövrlərini əhatə edən incəsənət əsərləri nümayiş etdirilir. Muzey kolleksiyasında olan dəyərli sənət nümunələrinin Kanada (1966), Kuba (1967), Suriya (1968), Fransa (1969), Çexoslovakiya (1970), Əlcəzair (1970), İraq (1971) və sair ölkələrdə sərgisi təşkil edilib.Азәрбајҹан инҹәсәнәт музеји / Под ред. Дж. Б. Кулиева. — Азербайджанская Советская Энциклопедия: Главная редакция АСЭ, 1976. — Т. 1. — С. 144 Muzey bazar ertəsi günləri xaric hər gün saat 10:00-dan 18:00 kimi ziyarətçilərin üzünə açıq olur.

Tarixi left|thumb|300px|Azərbaycan Tarix Muzeyində, əvvəllər Təsviri sənətlər bölməsinin yerləşdiyi Tağıyevin kabineti. 1920-ci ildə Azərbaycan Dövlət Muzeyinin tərkibində təsviri sənətlər bölməsi yaradılmışdı. Həmin bölmədə toplanmış əsərlərin, xüsusilə rəngkarlıq nümunələrinin dəyəri nəzərə alınaraq, 1936-cı ildə həmin bölmənin əsasında ayrıca bir muzeyin — Azərbaycan Dövlət incəsənət Muzeyinin yaradılması qərara alınmışdı. Əvvəlcə incəsənət bölməsi keçmişdə Hacı Zeynalabdin Tağıyevin sarayı olmuş, indiki Azərbaycan Tarix Muzeyinin binasında yerləşirdi. Muzeyin rəsmi açılışı 1937-ci ildə baş tutdu. Daha sonra muzey, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin beşinci mərtəbəsində yerləşdirildi.

Azərbaycan Dövlət İncəsənət Muzeyi 1943-cü ildən Azərbaycanda realist teatr-dekorasiya sənətinin yaradıcılarından biri olan Rüstəm Mustafayevin adını daşımağa başlayır. 1950-ci illərin əvvəllərindən başlayaraq muzey, Bakıdakı bir neçə tarixi binada müvəqqəti sərgi və ekspozisiyalar təşkil edir. Həmin dövrdə muzeydə çalışmağa başlayan gənc sənətşünaslar Rasim Əfəndiyev, Nürəddin Qayıbov, Mürsəl Nəcəfov, sonradan Böyük Vətən Müharibəsində həlak olmuş qəhrəman Mehdi Hüseynzadə və başqaları Azərbaycan sənətşünaslığının təməllərini formalaşdırdılar. Sonrakı uzun illər ərzində muzeyə Azərbaycanın Xalq Rəssamları və SSRİ dövlət Mükafatı Lauretları olan Salam Salamzadə, Kazım Kazımzadə, İbrahim Zeynalov kimi şəxsiyyətlər rəhbərlik etmişlər.

1951-ci ildə Azərbaycan SSR Kommunist Partiyası MK-nın I katibi Mircəfər Bağırov "De Burun sarayı" kimi məşhur olan tarixi binanı muzeyə verdi.Шамиль Фатуллаев. Градостроительство Баку XIX—начала XX веков / Под ред. проф. В. И. Пилявского. — Ленинград: Стройиздат, 1978. — 215 с Çkalov 9 (keçmiş Sadovaya, hazırda Niyazi küçəsi) ünvanında yerləşən bu sarayda əvvəllər "Kaspi Tərəfdaşlığı" Səhmdar Cəmiyyəti və Azərbaycan İnqlab Komitəsi yerləşmişdi.Tамара Гумбатова. Дебуровский дворец // литературный портал : Проза.ру. — 2012 Yeni binaya köçdükdən sonra muzeyin yeni ekspozisiyası tərtib olundu və bu ekspozisiyada muzeyin fondunda olan ən gözəl sənət nümunələrinin nümayişinə başlanıldı. Bundan sonra muzey həm də sənətşünaslıq tədqiqatlarının aparıldığı böyük bir mərkəz kimi fəaliyyət göstərməyə başladı. Həmçinin muzey müxtəlif mədəni tədbirlərin: rəssamlar və musiqiçilərin yaradıcılıq gecələrinin, ziyalılarla görüşlərin təşkilinə start verdi.

1992–1993-cü illərdə Azərbaycan Xalq Cəbhəsi rəhbərliyi muzeyin "De Burun sarayı"ndan çıxarılması və indi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yerləşdiyi binada yerləşdirilməsi haqqında qərar verdi. Azadə Şərifovanın sözlərinə görə, o zaman aralarında Elmira Şahtaxtinskaya, Mikayıl Abdullayev, Tokay Məmmədovun da olduğu görkəmli mədəniyyət xadimləri prezident Əbülfəz Elçibəylə görüşdülər. Görüş zamanı onlar "hətta Bağırov belə şəhərin ən gözəl binasını muzeyə bağışladı" deyərək, sarayın muzeyin əlindən alınmamasını xahiş etdilər. Bundan sonra muzeyin saraydan çıxarılması qərarı ləğv edildi. 1992-ci ildə muzey məkanın genişləndirilməsi məqsədilə 1888-ci ildə Marrinski qadın gimnaziyası kimi inşa edilmiş, daha sonra isə şəhər komitəsinin yerləşdiyi tarixi bina da muzeyin istifadəsinə verildi. Yeni binada muzeyin ikinci korpusu yaradıldı. 7 iyun 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə muzeyin birinci və ikinci korpuslarını birləşdirən yeni keçid korpusun açılışı edildi.

Muzey binası

Birinci korpus

26 fevral 1888-ci ildə neft maqnatı və "Kaspi Tərəfdaşlığı" Səhmdar Cəmiyyətinin əsasını qoymuş milyonçu Lev de Bur (1840–1889) inşa etdirmək istədiyi iki mərtəbəli daş sarayın planının təsdiq edilməsi üçün Bakı Şəhər Şurasına müraciət edir və 18 aprel 1888-ci ildə Sadovaya küçəsində (indiki Niyazi küçəsi) "700 kv. sajen torpaq ayırılması haqqında razılaşma" əldə edilir. 26 avqustda şəhər mühəndisi Nikolay fon der Nonne və şəhər memarı, inşaat mühəndisi Anton Kandinov sarayın planını tədiq edir. Lakin sarayın memarlıq layihəsində, memar A. Kandinovun imzası yoxdur və sarayın yeganə memarı Nikolay fon der Nonne hesab edilir.Н. А. Рагимова. Научно-исследовательская работа в музее на основе фондов: на примере Азербайджанского государственного музея искусств им. Р. Мустафаева. // журнал : Вопросы музеологии. — 2010.Шамиль Фатуллаев. Градостроительство Баку XIX—начала XX веков / Под ред. проф. В. И. Пилявского. — Ленинград: Стройиздат, 1978. — 215 с. 31 avqust 1888-ci ildə sarayın inşa layihəsi Bakı Şəhər başçısı Stanislav Despot-Zenoviç və idarə heyətinin üzvü L. Nikulin tərəfindən təsdiqlənir. Tezliklə inşaat işlərinə başlanılır.Тамара Гумбатова. Дебуровский дворец // литературный портал : Проза.ру. — 2012

Binanın inşası tamamlanmamış, 1889-cu ildə De Bur dünyasını dəyişir. Onun varisləri 1891-ci ilin yanvarında hələ yalnız özülü qoyulmuş binanı 16.000 rubla "Kaspi Tərəfdaşlığı" Səhmdar Cəmiyyətinə satırlar. Beləcə bina cəmiyyətin mülkiyyətinə keçir. Buna görə də memarlar binanın ilkin planında bəzi dəyişikliklər etməli olurlar. Binanın əsas fasadında eyvala birlikdə iki çıxış qapısı inşa edilir. Eyvanlar Sadovaya küçəsinə baxır və onlardan Mixaylovskiy bağına (indiki Vahid bağı) mənzərə açılır.

Binanın inşa tarixinin 1891-1893Р. М. Эфендизаде. Проспект Нариманова — принципы архитектурно-планировочного решения. — Известия Академии наук Азербайджанской ССР: Издательство Академии наук Азербайджанской ССР, 1980. — С. 111.-cü illər olduğu qeyd edilir. Həmçinin qeyd edilir ki, "Kaspi Tərəfdaşılığı" Cəmiyyətinin sarayı tam şəkildə 1895-ci ildə yekunlaşdırılmışdır. Binanın medalyonu içərisində "KT" abreviatursı yer alsa da, sonrakı dövrdə bu abreviatur təmir zamanı məhv edilmişdir. 1895-ci ildə "Kaspi Tərəfdaşlığı" Cəmiyyətinin həmtəsisçisi olan S. İ. Bağırov da ölür və onu, köməkçisi Pavel Osipoviç Qukasov əvəz edir. 1896-cı ildə Cəmiyyətin sədrinin ailə üzvlərindən biri — qardaşı Arşak Osipoviç Qukasov saraya köçərək, onun bir neçə otağında məskunlaşır. 1898-ci ildə isə P. O. Qukasov da ailəsi ilə birgə bu saraya köçür. Həmin illərdə sarayda yanğının baş verdiyi də bildirilir.

1917-ci il Oktyabr inqilabından sonra, 31 iyul 1918-ci ildə ingilis konsulu E. Mak-Donaldın aktiv iştirakı ilə, Bakıda hakimiyyət Qafqaz İslam Ordusundan şəhərin müdafiəsi üçün ingilisləri şəhərə dəvət etmiş Sentrokaspi Diktaturasıı hökumətinə keçdi. 1919-cu ilin avqustunda Böyük Britaniya ordusu Bakı şəhərinə daxil olur. Bundan sonra, General Vilyam Tomsonun başçılıq etdiyi ingilis komandanlığının qərargahı "Kaspi Tərəfdaşlığı"na məsxus olan sarayda yerləşdirilir. Lakin Qukasovlar ailəsi də sarayda yaşamağa davam edir.

28 aprel 1920-ci ildə Qırmızı Ordu hissələrinin Bakıya girməsindən sonra, Nəriman Nərimanov Azərbaycan SSR İnqilab Komitəsinin sədri oldu. 1921-ci ildə o, Xalq Komissarları Şurasına sədr seçildi və şura De Burun sarayında yerləşdirildi. Sarayın ikinci mərtəbəsində isə Nəriman Nərimanovun ailəsi yaşamağa başlayır. 1925-ci ildə N. Nərimanovun ölümündən sonra Sadovaya küçəsinin adı dəyişdirilərək N. Nərimanov küçəsi adlandırılır. 1933-cü ildən sarayda DTK-nın birinci katibi Mircəfər Bağırovun ailəsi məskunlaşır. 1930-cu illərdə sarayda kiçik yenidənqurma işləri aparılır və sol tərəfində N. Nərimanov adına bağ yaradılır. 1939-cu ildə küçənin adı yenidən dəyişdirilir və Çkalov küçəsi adlandırılır. 1951-ci ildə M. Bağırov sarayı Azərbaycan Milli İncəsənət Muzeyinə bağışlayır.

İkinci korpus 450px|thumb|right|Birinci Fransa incəsənəti zalının panoram görünüşü 450px|thumb|right|İkinci Azərbaycan incəsənəti zalının panoram görünüşü 1874-cü ildə Bakı Şəhər Şurasının qərarı ilə Bakı Qadın Gimnaziyası yaradılmış və xüsusi qərar ilə himayədarlar şurasının tabeliyinə verilmişdir. Yekaterina Faddeyevna Staroselskinin başçılıq elədiyi həmin şuraya həmçinin vitse-qubernator baron for der Bruggen, Hacı Zeynalabdin Tağıyev, Hacı Hüseynqulu Səfərəliyev, K. F. Spasskiy-Avtomonov və başqaları daxil idi.

Gimnaziyanın yaradılması qərarı olsa da, onun yerləşdirilməsi üçün şəhərdə müvafiq bina yox idi. Təzə binanın tikintisinin ideyası Bakı şəhərinin meri Despot-Zenoviçə və Himayədarlar Şurasına aid edilir. 1884-cü ilin sentyabrında Mariinski Qadın Gimnaziyasının Himayədarlar Şurası tikinti işlərinin tenderini elan edir."Каспий", 7.09.1884г Binanın layihəsi mülki mühəndis, həmin vaxt quberniya idarəçiliyində işlərin icraçısı olan Mixail Denisoviç Botov tərəfindən hazırlanmışdır. Lakin şəhər idarəçiliyi kifayət qədər maliyyə vəsaitinə malik olmadığına görə bütün yük Himayədar Şurasının üstünə düşdü və onlar bu ideyanın həyata keçirilməsi üçün vəsait axtarmalı oldular.

Bu zaman Moskvadan Bakıya tanınmış moskvalı tikinti podratçısı V. N. Qirş gəlmişdi. Qirşin firması Bakıda yolların kirəmitlənməsi ilə məşğul idi və ona görə də Qirş şəhəri və şəhər nümayəndələrini yaxından tanıyırdı. O, bu problem haqqında eşidən kimi onlara Qadın Qimnaziyası üçün təzə bina tikintisində kömək edəcəyini söz verdi və öz Bakı müvəkkəlinin müqavimətinə baxmayaraq tikinti işlərini öz üzərinə almaq qərarına gəldi.

Duma, Qirş və Himayədarlar Şurasının qərarını təsdiq etdi və bir sıra şərtlər daxil olmaqla müqavilə bağlamaq səlahiyyəti verdi. Tikinti prosesi bir sıra problemlərlə üzləşsə də (maliyyə ilə bağlı) iş tam sürət ilə gedirdi və 1886-cı il iyulun sonlarında aşağı mərtəbənin tamamlanma işləri aparılır, yuxarı mərtəbədə isə artıq iş başladılmışdı. Nəhayət 1887-ci il, sentyabrin 26-sı, saat 11:30 radələrində çoxsaylı qonaq və akademik heyətin iştiraki ilə Mariya Qızlar Məktəbinin (Mariinski Qadın Gimnaziyası) açılış mərasimi keçirildi. Gimnaziya fəaliyyətini dayandırana kimi onun üçün tikilmiş bu binada fəaliyyət göstərmişdi.Здание Мариинской женской гимназии — история постройки (Баку)

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra isə tarixi bina Azərbaycan Milli İncəsənət Muzeyinin istifadəsinə verilmiş və binada muzeyin ikinci korpusu yaradılmışdır.

Muzeyin kolleksiyaları