Vilhelm Konrad Rentgen (; ) — Alman fiziki, Fizika üzrə Nobel mükafatı laureatı. Rentgen şüalarının kəşfi ilə tanınır.

Həyatı Rentgen 1845-ci ildə Almaniyanın Remşayd şəhərinin Lennep kəndində doğulmuşdur. Uşaqlığı və ilk təhsil illəri Hollandiya və İsveçrədə keçmişdir. 1865-ci ildə daxil olduğu Sürix Politexnikdə universitet təhsili görmüş və 1868-ci ildə "maşın mühəndisi" olaraq məzun olmuşdur.

1869-cu ildə Sürix Universitetinin doktoranturasını almışdır. Ali təhsil aldıqdan sonra elmi işlərinə görə Strasburq (1876), Qisensk (1879), Vürtsburq (1888) və Münhen universitetlərinin professoru adlarına yiyələnmişdir. 1900-cü ildə Münhen universiteti Fizika kürsüsünə və yeni Fizika İnstitutunun rəhbərliyinə gətirilmişdir.

Arvadının ölümündən dörd il sonra, yəni 1923-cü ildə Birinci Dünya müharibəsinin yaratdığı yüksək inflyasiya iqtisadiyyatı mühitində maddi çətinliklər içərisində Münhendə həyatını itirmişdir.

Elmi işləri Tədqiqatları pyezoelektrik və piroelektrik xassələrinə, onlarda elektrik və optik hadisələr arasındakı əlaqəyə və maqnetizmə aiddir. X-şüalarını (röntgen şüaları) kəşf etmiş, ilk rentgen borusunu yaratmışdır. Röntgen şüalarının kəşfi elmin bütün sahələrinə güclü təsir etmişdir. Röntgen və qamma şüalanmaları vahidi rentgen onun şərəfinə aid edilmişdir.

İstinadlar

Kateqoriya:Almaniya fizikləri Kateqoriya:Fizika üzrə Nobel mükafatı laureatları Kateqoriya:İsveçrə Federal Texnologiya İnstitutunun məzunları Kateqoriya:Sürix Universitetinin məzunları Kateqoriya:Utrext Universitetinin məzunları Kateqoriya:Almaniyalı Nobel mükafatı laureatları Kateqoriya:Eksperimental fiziklər Kateqoriya:Kolorektal xərçəngdən ölənlər Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:XIX əsrin fizikləri Kateqoriya:Strasburq Universitetinin müəllimləri