İvan İvanoviç Meşşaninov (; ) — arxeoloq və dilçi, 1932-ci ildə SSRİ Elmlər Akademiyasının akademiki, 1936–1937-ci illərdə 1936–1937-ci illərdə SSRİ EA-nın Azərbaycan filialının Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, 1945-ci ildə isə AEA-nın fəxri akademiki, Sosialist Əməyi Qəhrəmanı (1945).

Həyatı İvan İvanoviç Meşşaninov 1883-cü il dekabrın 6-da hazırkı Başqırdıstanın Ufa şəhərində anadan olmuşdur. 1932-ci ildə SSRİ EA-nın akademiki, 1945-ci ildə Azərbaycanda akademiya yaradılanda o, Azərbaycan SSR EA-nın fəxri üzvü seçilmişdi, Azərbaycan alimləri ilə, o cümlədən Heydər Hüseynovla şəxsən tanış idi. İ. İ. Meşşaninov Qara dənizin şimal sahillərində və Cənubi Qafqazda arxeoloji qazıntılara rəhbərlik etmişdir. 1926–1927-ci illərdə Xocalı (Qarabağ) və Qızılvəngdə (Naxçıvan), 1933-cü ildə Örənqalada (Beyləqan) arxeoloji qazıntılar aparmış, Mil düzündə küp qəbirlər, Daşkəsəndə tsiklop tikililər aşkar etmişdir. Azərbaycanın qədim tarixinə, arxeologiyasına dair bir sıra əsərin müəllifidir. İ. İ. Meşşaninovun elmi kadrların hazırlanmasında da mühüm xidmətləri olmuşdur. Görkəmli Azərbaycan alimlərindən Məmmədağa Şirəliyev, Əbdüləzəl Dəmirçizadə, İshaq Cəfərzadə, Saleh Qazıyev və başqaları onun yetirmələri olmuşlar. O, 1936–1937-ci illərdə SSRİ EA-nın Azərbaycan filialının Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru olmuşdur. Akademik İ. İ. Meşşaninov Qırmızı Əmək Bayrağı ordeni, Lenin ordeni və medallarla təltif olunmuş, SSRİ Dövlət mükafatı laureatı və Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. 1967-ci il 16 yanvar tarixində keçmiş Leninqradda (indiki Sankt-Peterburqda) vəfat etmişdir.Мещанинов Иван Иванович // Большая советская энциклопедия: [в 30 т.] / под ред. гл. ред. А. М. Прохоров — 3-е изд. — М.: Советская энциклопедия, 1969.

Mükafatları İki dəfə "Stalin" mükafatı laureatı adına layiq görülmüşdü.

"Qırmızı əmək bayrağı" ordeni ilə təltif olunmuşdur.

1945-ci ildə peşəkar arxeoloq və dilçiyə "Sosialist Əməyi Qəhrəmanı" adı verilmişdi.

Əsərləri Эламские древности, П., 1917; Халдоведение. История древнего Вана, Баку, 1927; Введение в яфетидологию, Л., 1929; Язык Ванской клинописи, Л., 1935; Новое учение о языке. Стадиальная типология, Л., 1936; Общее языкознание, Л., 1940; Члены предложения и части речи, М. — Л., 1945; Глагол, Л., 1949; Грамматический строй урартского языка, ч. 1–2, Л., 1958–1962; Структура предложения, М. — Л., 1963; Эргативная конструкция в языках различных типов, Л., 1967.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Rusiya arxeoloqları Kateqoriya:Rusiya dilçiləri Kateqoriya:Rusiyada doğulanlar Kateqoriya:Sankt-Peterburqda vəfat edənlər Kateqoriya:Sosialist əməyi qəhrəmanları Kateqoriya:AMEA Tarix və Etnologiya İnstitutunun direktorları Kateqoriya:SSRİ arxeoloqları Kateqoriya:Rusiya imperiyası dilçiləri Kateqoriya:Filologiya elmləri doktorları Kateqoriya:Qafqazşünaslar Kateqoriya:Rusiya imperiyası arxeoloqları Kateqoriya:SSRİ dilçiləri Kateqoriya:Azərbaycan SSR Elmlər Akademiyasının akademikləri