Qurbanəli Şərifzadə (Şərifov) () — maarifçi ziyalı, publisist, xeyriyyəçi. Əziz Şərifin atasıdır.

Həyatı thumb|240px|Azərbaycan maarifpərvər ziyalıları arasında. Soldan (oturanlar): Əlisgəndər Cəfərov, Cəlil Məmmədquluzadə, Sultan Məcid Qənizadə, Qurbanəli Şərifzadə. Soldan (ayaq üstə): Həmzət bəy Qəbulov, Ömər Faiq Nemanzadə. Gürcüstan dağ yollarının, Şahtaxtı-Maku dəmir yolunun çəkilişində icarəçi mühəndis kimi iştirak etmişdir. Milli təhsilin, mətbuat və mədəniyyətin fəal müdafiəçisi idi. M. T. Sidqinin Naxçıvanda açdığı "Tərbiyə" məktəbinin və Naxçıvan teatrının inkişafına maddi və mənəvi yardım göstərmişdir. H. Cavidin gənclik dövrü mənəvi təkamülündə mühüm rolu olmuşdur.

C. Məmmədquluzadənin əməl və məslək dostlarından olmuş, 1908-ci ildən başlayaraq "Molla Nəsrəddin"in nəşrində ədibə dəstək vermiş, jurnalda ara-sıra "Leylək" imzası ilə çıxış etmişdir. O, 1909-cu ildə çıxan müxtəlif nömrələrdə (10, 18, 21, 22, 27, 28, 42, 44, 49, 50) və 1910-cu ilin 14-cü nömrəsində "Məşədi Mozalanbəy" imzası ilə felyetonlar çap etdirmişdir. "Mozalan bəyin səyahətnaməsi"nin İrəvana və Naxçıvana aid hissələrinin müəllifidir.

C. Məmmədquluzadə, Ə. Haqverdiyev, F. Köçərli, M. Ə. Sabir, Ö. F. Nemanzadə və Ə. Qəmküsarla dostluq əlaqələri saxlamışdır.

İstinadlar

Mənbə İ. Həbibbəyli. Cəlil Məmmədquluzadə: Mühiti və müasirləri, B., 1997. Kamal Camalov. Mollanəsrəddinçilərin maarifçilik ideyaları. Bakı: Elm və təhsil, 2015.

Həmçinin bax Əziz Şərif Kateqoriya:Azərbaycan maarifçiləri Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:Azərbaycanlı publisistlər Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan xeyriyyəçiləri