Pirəzə — Azərbaycan Respublikasının Ağdaş rayonunun Pirəzə kənd inzibati ərazi dairəsində kənd. Rayon mərkəzindən 30 km cənubda, Kür çayının sahilində yerləşir.

Kənddə şəhid Mirzali Əliyar oglu Əliyev adına orta məktəb, şəhid Adil Sirac oglu Eminov adına uşaq bağçası, mədəniyyət evi, kitabxana, 100 yerlik elektron ATS, poct şöbəsi fəaliyyət göstərir.

Tarixi Kəndin adi Həsənbəy Zərdabinin 1875-1877-ci illərdə nəşr etdirdiyi "Əkinçi" qəzətində qeyd edilmişdi. 1916-cı il məlumatlarına əsasən kənddə 101 ev olmuşdur.

Etimologiyası Kəndin adının Pir (ocaq) və Aza (yer, məskən, şəhər) sözlərindən yaranaraq "ocaq, pir olan yer" mənasında ifadə olunduğu ehtimal edilir.

Əhalisi Kənddə 1547 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır.

Şəhidlər

Birinci Qarabağ müharibəsində həlak olanlar

Mirzali Əliyar oglu Əliyev(1961–1992) adına orta məktəb, şəhid Adil Sirac oglu Eminov (1966–1993) adına uşaq bağçası Əliyev İmaməddin Əliağa oğlu (1973–1992) Dadaşov Rəhman Mirələm oğlu (1969–1994) Mustafayev Nüsrət Niftalı oğlu (1970–1994)

İkinci Qarabağ müharibəsində həlak olanlar

Elnur Ehtibar oğlu Əhmədov (2000–2020)

İstinadlar

Kateqoriya:Ağdaş rayonunun kəndləri