Broken Source - Xorvatiyada çalışan azərbaycanlı musiqiçi Dj Sineddin ikinci studiya albomudur. 2011-ci ilin aprel ayında Xorvatiyada bürünc statusu alıb. 1 dekabr 2012 tarixinə olan məlumatlara görə albomun 72000 nüsxəsi satılıb.

Albom haqqında

Broken Source albomunun təqdimatı 10 oktyabr 2010-cu ildə Bakı şəhərində Face klubda keçirildi. Albom 11 (10+1) trek daxil oldu. Dj Sinedd öz ikinci studiya albomu üzərində yenidən Ejay-Studio Records nişanı ilə çalışdı. Albomda Sineddin il ərzində yazdırdığı remikslər və 5 yeni mahnı yer alıb. Dj Sinedd öz rəsmi saytında avqust ayının 28-i yeni albomun trek-siyahısını və üzlüyünü nümayiş etdirdi. Albom 10 oktyabr tarixində işıq üzü gördü və qısa bir zaman ərzində Azərbaycan dance chartinda ilk pilləyə qalxdı. Xorvatiya üzrə satışları 15 mini keçdiyinə görə bu ölkədə albom "gümüş status"unu, Avropa üzrə isə satışları 25 min nüsxəni keçdiyinə görə "bürünc statusu"nu alıb.

Trek siyahısı

# Adı Original ifaçı 1 Broken Source Dj Sinedd 2 Put The Sound Dj Sinedd 3 ПоLIна БумБокс 4 Techno Break Dj Sinedd 5 Numbed Dj Sinedd ft Stauker aka STORM 6 Savi Shine Dj Sinedd ft Stauker aka STORM 7 Это Модно Rəşid Əliyev 8 Believe Me Rəşid Əliyev 9 Dejavyu Xaki 10 Breaking Up Çester Benninqton 11 Put The Sound (live)* Dj Sinedd

Aldığı statuslar

Məlumat 1 dekabr 2012 tarixinə görədir.

Ölkə Satışları Croatia 45,000 Kazahstan 13,000 Russia 8,000 Ukraine 6,000

Mükafatarı

Mükafat Nominasiya İl Nəticə Riga Music Awards Bestselling International Album 2011 Porin Music Awards Best Album 2011 Croatia National Music Awards Best Club Album 2011

Xarici keçidlər Broken Source haqqında məlumat Facebook Albom haqqında məqalə

Həmçinin bax

Kateqoriya:Dj Sinedd albomları Kateqoriya:2010-cu ilin musiqi albomları