Əliqırıq — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd.

Tarixi Qəmərli rayonuna daxil olan Böyük Gilanlar kəndindən 10 km cənub-qərbdə, Əliqırıq bulağının yanında, Pirdağı dağının ətəyində yerləşir. 1930-cu ilin əvvəllərində Vedi (Ararat) rayonunun tabeliyində olmuşdurQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.84.

1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə qeyd edilmişdirİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996,s.171. Erməni mənbələrində Əliqrağı, Əlikrık formalarında qeyd edilirHakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986, s.84.

Kəndin adı XX əsrin 30-cu illərində Əliqoıx kimi rəsmiləşdirilmişdirQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.154.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10.IX.1948-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Blraşen qoyulmuşdur.

Toponim əfşar türk tayfasına məxsus qırıqlı etnonimiƏhmədov T.M. El-obamızın adları, Bakı, «Gənclik>, 1984, s.46 əsasında formalaşıb, «Qırıqlı tayfasından olan Əliyə məxsus kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Əhalisi Kənddə 1873-cü ildə 110 nəfər, 1886-cı ildə 175 nəfər, 1897-ci ildə 251 nəfər, 1904-cü ildə 202 nəfər, 1914-cü ildə 253 nəfər, 1916-cı ildə 355 nəfərQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.84-85, 154-155, 1918-ci ilin yanvarında 202 nəfərИстория Азербайджана по документам и публикациям,Баку, «Элм», 1990, s.216 yalnız azərbaycanlı yaşamışdır.

Azərbaycanlılar 1918-ci ilin fevralında ermənilər tərəfindən qırğınlarla qovulmuşdurИстория Азербайджана по документам и публикациям,Баку, «Элм», 1990, s.216. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişlər.

Burada 1922-ci ildə 46 nəfər, 1926-cı ildə 55 nəfər azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.84, 155. 1929-30-cu illərdə xaricdən köçürülən ermənilər bu kənddə yerləşdirilmişdir. 1931-ci ildə 46 nəfər azərbaycanlı, 79 erməniQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.155, 1959-cu ildə 90, 1962-cı ildə 62 nəfər əhali (əksəriyyətini azərbaycanlılar təşkil etmişdir) yaşamışdırHakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986, s.703. 1962-cı ildən sonra azərbaycanlılar kənddən köçürülmüş və kənd ləğv edilmişdir. İndi ölü kənddir.

Xarici keçidlər Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2 Həbib Rəhimoğlu. "Silinməz adlar, sağalmaz yaralar", Bakı, "Azərnəşr", 1997. B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti". Bakı, "Oğuz eli", 1998. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995.

Həmçinin bax Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası XIX - ХХ əsrlərdə Ermənilərin Cənubi Qafqaza köçürülməsi

İstinadlar

Kateqoriya:Gərnibasar kəndləri Kateqoriya:Ararat mərzinin yaşayış məntəqələri