Vasif Zülfüqar oğlu Adıgözəlov () — Azərbaycan bəstəkarı, pedaqoq, musiqi xadimi, professor, Azərbaycan SSR xalq artisti (1989), "Şöhrət" və "İstiqlal" ordenləri laureatı.

Həyatı Vasif Zülfüqar oğlu Adıgözəlov 1935-ci il iyul ayının 28-də Bakıda məşhur muğam ustası Zülfü Adıgözəlovun ailəsində anadan olub. Atası Əməkdar artist, muğam ustası Zülfi Adıgözəlov Ağcabədinin Qaradolaq kəndində anadan olmuş, sənəti ilə əlaqədar olaraq 1927-ci ildə Bakıya köçmüşdür Şirxan Aranlı. “Ağcabədi” (Ensiklopedik toplu) I nəşr. “Zərdabi Nəşr” MMC. Bakı, 2021, 912 səh.s.-648.İlk musiqi təhsilini konservatoriyanın nəzdindəki 10 illik Musiqi məktəbində pianoçu kimi alıb. 1953-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Bəstəkarlıq üzrə Qara Qarayevin , fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirir. 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirir.

Muğam xanəndəsi Zülfü Adıgözəlovun oğludur. Müğənni Rauf Adıgözəlovun qardaşıdır. Dirijor Yalçın Adıgözəlovun atasıdır.

Əmək fəaliyyəti Əmək fəaliyyətinə 1958-ci ildən Radio və Televiziya Komitəsində musiqi redaktoru kimi başlamışdır. Sonralar Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi, M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının baş musiqi redaktoru, A. Zeynallı adına Bakı Musiqi məktəbinin direktoru və s. vəzifələrdə çalışmışdır. 1972-ci ildən Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında əsas işçi kimi müəllimlik edirdi. 1990-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının I katibi seçilmişdir.

1989-cu ildən professor adını almışdır. Bakı Musiqi Akademiyasında "xor dirijorluğu" kafedrasına rəhbərlik etmişdir.

Təltif və mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 23 noyabr 1973 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 21 mart 1989 1990-cı il üzrə Azərbaycan SSR Dövlət mükafatı — 1991 "Şöhrət" ordeni — 3 noyabr 1995 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002 "İstiqlal" ordeni — 27 iyul 2005

Əsərləri 2 opera: "Ölülər (opera)", "Natəvan (opera)" 5 musiqili komediya: "Hacı Qara (operetta)" (həmmüəllifi R. Mustafayev), "Nənəmin şahlıq quşu", "Boşanaq - evlənərik", "Lənət şeytana" 4 oratoriya: "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala-1915", "Qəm karvanı" 3 kantata: "Novruzum", "Təntənəli" 4 simfoniya 6 instrumental konsert kamera-instrumental musiqinin, kino-teatr musiqisinin, romans və mahnıların müəllifidir.

Xatirəsi 2020-ci ilin fevralında bəstəkarın yaşadığı mənzilin qarşısında barelyefi açılmışdır. Əsərin müəllifi heykəltaraş Aslan Rüstəmovdur.

Filmoqrafiya Aktrisanın təbəssümü (film, 1974) Balaca çoban (film, 1985) Bir tale naxışı. Vasif Adıgözəlov (film, 2012) Cazibə Qüvvəsi (1964) Həyat bizi sınayır (film, 1972) Keyfiyyət nişanı (film, 1974) Kədərimiz... Vüqarımız... Kişi sözü (film, 1987) Qaraca qız (film, 1966)(film, kinoalmanax) Qəribə əhvalat (film, 1960) Lahıc (film, 2004) Maestro (film, 2002) Mahnı qanadlarında (film, 1972) Məhəbbət oratoriyası (film, 2003) Mətbuat fədaisi (film, 2007) Nəriman Əliyev (film, 2005) Skripkanın sərgüzəşti (film, 1972) Sovet Azərbaycanı (film, 1972) Sovet Azərbaycanı (film, 1977) Şərikli çörək (film, 1969) Zülfü ocağı (film, 2002)

Mənbə Vasif Zülfüqar oğlu Adıgözəlov Ялчын Адыгезалов: "Когда звучала эта оратория, все генералы плакали" Əməkdar incəsənət xadimi: "Atam o mahnını bir gecədə Aygün Bəylər üçün yazıb"

İstinadlar

Xarici keçidlər Vasif Adıgözəlov — Elegiya Ruslan Muradov — Laylay Mənsum İbrahimov — "Qarabağ şikəstəsi" oratoriyası Zemfira İsmayılova — "Çanaqqala-1915" oratoriyası Şövkət Ələkbərova — Bakı — sözləri: Rəsul Rza Akif İslamzadə — "Təkcə səndən xoşum gəlir" mahnısı — sözlər: Tacəddin Şahdağlı "Qaya" vokal ansamblı — Mən gəzirəm hər yanı — sözlər: Əliağa Kürçaylı Flora Kərimova — Gözləməsin, neyləsin? Aygün Bəylər — Şuşam — sözlər: Ramiz Duyğun Ramil Qasımov — Sahilə gəl — sözlər: Züleyxa Bayramova Rauf Adıgözəlov — "Naz naz" mahnısı — sözlər: bayatılar Rauf Adıgözəlov — "Qərənfil" mahnısı — sözlər: Xurşudbanu Natəvan Rauf Adıgözəlov — "Neyləsin" mahnısı — sözlər: Zeynal Cabbarzadə Rauf Adıgözəlov — "Unutdu məni" mahnısı — sözlər: Aslan Aslanov RAuf Adıgözəlov — Şair, nə tez qocaldın — sözlər: Səməd Vurğun Səda — Vasif Adıgözəlovun doğum günüdür

Kateqoriya:Adıgözəlovlar Kateqoriya:Azərbaycan bəstəkarları Kateqoriya:Opera bəstəkarları Kateqoriya:Azərbaycan film bəstəkarları Kateqoriya:Azərbaycan SSR xalq artistləri Kateqoriya:SSRİ kişi bəstəkarları Kateqoriya:Bakı Musiqi Akademiyasının müəllimləri Kateqoriya:Azərbaycan Bəstəkarlar İttifaqının katibləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri