Azərbaycan Milli Məclisin III çağırış deputatları — 2005-ci il noyabrın 6-da baş tutan seçkilər əsasında formalaşdırıldı.

Milli Məclisin 125 deputatından 63 nəfəri Yeni Azərbaycan Partiyası üzvü idi. III çağırış Milli Məclisdə Müsavat Partiyası 5 nəfərlə, Vətəndaş Həmrəyliyi Partiyası 3, Ana Vətən Partiyası 2, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ədalət Partiyası, Azərbaycan Ümid Partiyası və Vətəndaş Birliyi Partiyası isə 1 nəfərlə təmsil olundu. 43 nəfər bitərəf idi.

III çağırış Milli Məclisin sədri Oqtay Əsədov, sədrin birinci müavini Ziyafət Əsgərov, sədrin müavinləri isə Bahar Muradova və Valeh Ələsgərov idi.

Milli Məclisin III çağırış deputatları sırasında ən yaşlısı 1928-ci il təvəllüdlü Murtuz Ələsgərov, ən gənci isə 1979-cu il təvəllüdlü Fuad Muradov idi.

Milli Məclisdə təmsil olunan partiyalar Siyasi partiyaSədriSeçilənIII çağırış Milli MəclisƏvvəlSonraFərqYeni Azərbaycan Partiyasıİlham Əliyev63 center|100x100px|alt= center|400x400px 6363 Bitərəf—434342 1Müsavat Partiyasıİsa Qəmbər554 1Vətəndaş Həmrəyliyi PartiyasıSabir Rüstəmxanlı333Ana Vətən PartiyasıFəzail Ağamalı222Azərbaycan Demokratik İslahatlar PartiyasıAsim Mollazadə111Azərbaycan Liberal PartiyasıƏvəz Temirxan110 1Azərbaycan Sosial Rifah PartiyasıXanhüseyn Kazımlı111Azərbaycan Xalq Cəbhəsi PartiyasıƏli Kərimli110 1Azərbaycan Ümid Partiyasıİqbal Ağazadə111Böyük Quruluş PartiyasıFazil Mustafa111Bütöv Azərbaycan Xalq Cəbhəsi PartiyasıQüdrət Həsənquliyev111Ədalət Partiyasıİlyas İsmayılov111Vətəndaş Birliyi PartiyasıSabir Hacıyev111Azərbaycan Xalq PartiyasıQiyas Sadıqov001 1Qeyd: 2005-ci il parlament seçkilərində AXCP 3 seçki dairəsində liderlik əldə etdi. Azərbaycan Xalq Cəbhəsi Partiyası sədri Əli Kərimli və Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli MSK tərəfindən rəsmi olaraq seçildikləri dairədən lider namizəd elan olunsa da, mandatlarından imtina etdilər. Daha sonra yekun qərarda Konstitusiya Məhkəməsi 2 dairədə seçki nəticələrini ləğv etdi və bu dairələr daxil olmaqla 10 seçki dairəsində 2006-cı ildə əlavə seçkilər keçirildi.

Milli Məclisin III çağırış deputatları